20 aprel 2010 22:47
Lokomotiv adlıı-sanlı rəqibini finala buraxmadı
Bu gün qadən voleybolçuların Azərbaycan çempionatında yarımfinal seriyasının üçüncü matçı keçirilib. Azerisport.az xəbər verir ki, Azərreyl – Lokomotiv görüşündə ikincilər sensasiyaya imza ataraq, adlı-sanlı rəqibi 5 setdə (25:13, 25:17, 27:29, 14:25, 15:11) məğlub edib və finala adlayıb.
Beləliklə, final seriyasında paytaxtın Rabitə və Lokomotiv kollektivləri üz-üzə gələcəklər.
