19 aprel 2010 00:46
Rabitənin rəqibi kim olacaq?
Voleybol üzrə qadınlar arasında Azərbaycan Superliqasında ikinci finalçının müəyyənləşməsi üçün daha bir matç oynanılmalıdır. Azerisport.az xəbər verir ki, dünən Bakı İdman Sarayında Azərreylə 3:0 hesabı ilə qalib gələn Lokomotiv seriyada hesabı bərabərləşdirib – 1:1.
Xatırladaq ki, artıq bir finalçı məlumdur. İki matçda İqtisadçını məğlub edəm Rabitə finalda rəqibini gözləyir.
