18 aprel 2010 00:15
Rabitə ilk finalçı oldu
Dünən voleybol üzrə qadınlar arasında Azərbaycan çempionatının yarımfinal seriyasında ikinci görüş keçirilib. Azerisport.az xəbər verir ki, cari ölkə çempionu Rabitə ilə İqtisadçının duelindən yenə birincilər qalib çıxıb. “Rabitəçilər” 5 setdə (25:22, 25:23, 23:25, 15:11) qələbəni bayram ediblər.
Bu qələbədən sonra çempion seriyada ikinci qələbəsini qazanıb və finala adlayıb. Onun rəqibi bu gün Azərreyl – Lokomotiv (seriyada hesab - 1:0) duelində məlum ola bilər.
