Bürünc də hərdən parlayır
Bakıda AVF Kubokunun dördlər finalı başa çatdı.
Azerisport.az xəbər verir ki, Novruz bayramının ikinci günündə də “Sərhədçi” İdman Kompleksinin meydançasına təmsilçimiz Rabitə birinci çıxdı. Bu dəfə komandanın rəqibi məşhur Uraloçka idi. Daha doğrusu, əfsanəvi klubdan qalan yaddaş. Yekaterinburqlular arrtıq əvvəlki tək qatıldıqları hər yarışın faroti sayılmırlar və onların əfsanəvi baş məşqçisi Nikolay Karpol da əvvəlki tək qorxulu görünmür.
Serblərdən qurulmuş Rabitə isə 2002-ci ilin Azərreylinə çox şey də uduzsa da, məhz Uraloçkaya qalib gəlməkdə “dəmiryolçuları” qabaqladı. Qonaqların ilk setdə asan (25:16) qələbəsinə rəğmən, Rabitə növbəti hissələrdə gözəl sürət yığdı və rəqibini, sadəcə, darmadağın etdi – 25:12, 25:22, 25:16. Ümumi hesabda 3:1!
Finalda isə gözlənilən oldu. Bir gün əvvəl məhz Bakı klubunu yenib finala yüksələn İtaliya Yamamayı Srvena Zvezdaya elə bir şans vermədi – 3:1 və AVK kuboku Appeninlərə yollandı.
Onu qeyd edək ki, AVF “Dördlər finalı”nın fərdi mükafatçıları arasında Rabitənin iki üzvünün adı oldu. Sanya Staroviç ən yaxşı hücumçu, Silviya Popoviç isə ən yaxşı libero seçildi.
