21 mart 2010 00:30

Kubok Bakıda qalmayacaq

Bu gün Bakıda Avropa Voleybol Konfederasiyasının kubokunda “Dördlər finalı” start götürüb. Günün ilk qarşılaşmasında təmsilçimiz Rabitə İtaliyanın Yamamay kollektivi ilə qarşılaşıb.

Azerisport.az xəbər verir ki, matç ərzində qonaqlar daha təcrübəli və soyuqqanlı təsiri bağışlayıblar. Bəlkə də bu italyalı qızların Bakıya gələn gün soyuq və qarlı havaya düşməsi ilə əlaqədardır. Hər halda, Yamamay elə də böyük əziyyət çəkmədən oyunun ipini əlində saxlayırdı və “rabitəçilər” hər növbəti setdən sonra rəqibi yaxalamaq məcburiyyətində qalırdılar.

Nəticədə hər tay-brekdə həll olundu və məhz burada Yamamayın təcrübəsi sözünü dedi. Rabitə setin gedişini nəzarətdə saxlayırdı, lakin hesab 11:9 komandamızın xeyrinə olarkən buraxılan bir səhv və rəqibin ustalığı vəziyyəti 180 dərəcədə dəyişdi. 12:15, ümumi hesabda 2:3 (15:25, 25:22, 21:25, 25:17, 12:15).

…Rabitə finala çıxa bilmədi.

Onun rəqibi isə günün digər qarşılaşmasında – Uraloçka (Rusiya) – Srvena Zvezda (Serbiya) görüşündə məlum oldu. Adlar voleybolda çox böyük rol oynayır, amma indi halda yox. Daha təcrübəli və məşhur Uraloçka rəqibinə boyun əydi. Burada da gərgin mübarizə getdi və hər şey tay-brekdə həll olundu: 3:2 (21:25, 25:18, 25:23, 29:31, 15:11). Srvenan Zvezda finala çıxdı və Uraloçkanı Rabitəyə rəqib etdi.

Həlledici oyunlar sabah “Sərhədçi” idman kompleksinin zalında baş tutacaq. 3-cü yer uğrunda matçda Rabitə və Uraloçka, finalda isə Yamamay və Srvena Zvezda qarşılaşacaqlar.

Похожие новости

Voleybol 28 noyabr

İtaliyalı məşqçi yığmamızdan imtina etdi

Avropa Çempionatına hazırlaşan qadın voleybolçularından ibarət olan milli komandamız baş məşqçi postuna italyan Marsello Abbondanzaya təklif göndərib.
Voleybol 18 noyabr

Voleybol üzrə AÇ-nin Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradıldı

Prezident İlham Əliyev voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Voleybol 12 oktyabr

Cavid Qurbanov Voleybol Federasiyasının yeni prezidenti seçildi

Bu gün Milli Olimpiya Komitəsində Voleybol federasiyasına yeni prezidentin seçilməsi ilə bağlı iclas keçirilib.
Voleybol 19 sentyabr

Azərreylin yeni baş məşqçisi müəyyənləşdi

"Azərreyl"i yenidən yerli mütəxəssis çalışdıracaq.
Voleybol 07 sentyabr

Millimiz Boris Yeltsinin xatirə turnirindən imtina etdi

Qadınlardan ibarət voleybol yığmamız böyük ehtimalla Yekaterinburqda keçiriləcək Boris Yeltsinin xatirə turnirinə qatılmayacaq
Voleybol 29 avqust

Azərbaycan çempionatı sual altında

Voleybol üzrə ölkə çempionatının 2016/17 mövsümündə neçə klubun iştirak edəcəyi hələ də bilinmir.
Voleybol 03 iyul

Azərbaycan millisi Avropa Liqasının qalibi oldu

Bu gün Bakı İdman Sarayında qadın voleybolçular arasında Avroliqanın cavab final görüşü keçirilib.
Voleybol 01 iyul

“Azərbaycan yığmasının uzun müddət belə konsentrasiyalı oynadığını görməmişdim"

Yığmamıza Nitrada 1:3 uduzan Slovakiyanın baş məşqçisi Marek Royko oyundan sonra fikirlərini açıqlayıb.
Voleybol 01 iyul

Polina Rəhimov millimizin ən məhsuldar oyunçusu oldu

Polina Rəhimova yığmamızın Slovakiya üzərində qazandığı 3:1 hesablı qələbənin ən məhsuldar oyunçusu olub