10 mart 2010 00:43
Yığmamızın kapitanı çempion oldu
Azərbaycanın qadınlardan ibarət voleybol yığmasının kapitanı Oksana Parxomenko Rusiya çempionu olub. Azerisport.az xəbər verir ki, onun çıxış etdiyi Moskva “Dinamo”su müntəzəm çempionatın bitməsinə dörd tur qalmış birinci yeri təmin edib.
Nəzərinizə çatdıraq ki, Parxomenko və onun komandasını qarşıda pley-off görüşləri də gözləyir.
