25 fevral 2010 00:49
Rabitəyə kuboku qazanması üçün əlavə üstünlük
AVK kubokunda “Dördlər finalı”na yüksələn qadınlardan ibarət “Rabitə” voleybol klubu avrokuboklarda qalib gələn ikinci Azərbaycan komandası olmaq üçün gözəl şans əldə edə bilər. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi final turnirinin Bakıda keçirilməsi üçün beynəlxalq federasiyaya müraciət etmək fikrindədir.
Xatırladaq ki, 2002-ci ildə Top komandalar kubokunun “Dördlər final”ı məhz Bakıda keçirilmiş və həmin kuboku “Azərreyl” başı üzərinə qaldırmışdı.
