23 fevral 2010 16:30
Şabovta: Türkiyədə hər şeydən məmnunam
Azərbaycanın voleybol yığmasının sabiq lideri Yelena Şabovta Bakıya gəlib. Azerisport.az xəbər verir ki, o bu dəfə Bakıya AVK kubokunu çərçivəsində “Rabitə” ilə qarşılaşacaq Türkiyənin “Əczacıbaşı” klubunun menecer kimi təşrif buyurub.
“Bakıya yenidən gəldiyim üçün çox şadam. Son vaxtlar isə AVK kubokundakı Türkiyə-Azərbaycan mübarizəsinə görə bizdən tez-tez Avropa, yoxsa Asiyada çıxış etdiyimizi soruşurlar” – gülərüz Şabovta belə deyir. Məşhur voleybolçu saytımıza müsahibəsində Türkiyə klubuna necə keçməsindən və qardaş ölkədəki faəliyyətindən danışıb: “Əczaçıbaşı” ilə müqavilə bağlayanda məndən Türkiyədə çox qalıb-qalmayacağımı soruşdular. Əgər belə bir klub sizi işə götürürsə, deməli, sizinlə uzun müddət əməkdaşlıq etmək istəyir. Mən isə dəqiq heç nə deyə bilmərəm, zaman hər şeyi göstərəcək. Yeganə çətin məqam odur ki, məğlubiyyətlər zamanı səbəbləri çox yaxşı bilirəm, amma səlahiyyətlərim imkan vermədiyinə görə, oyunçulara heç nə deyə bilmirəm. Bununla belə, insan hər şeyə öyrəşir və voleybolda qaldığım üçün çox şadam. Hər şeydən məmnunam”.
