24 fevral 2010 21:27
Rabitə və Srvena Zvezda rəqiblərini gözləyir
Bu gün “Əczaçıbaşı-Zentiva”nı iki oyunun nəticəsinə görə məğlub edərək, AVK Kubokunun “Dördlər finalı”na vəsiqə qazanan “Rabitə”nin rəqiblərindən biri məlumdur. Azerisport.az xəbər verir ki, bu, 1/4 finalda digər serbiya təmsilçisi “Dinamo”nu 3:0 hesabı ilə məğlub edən Belqradın “Srvena Zvezda” kollektividir. Daha iki komandanın adı “Yamamay” (İtaliya) – “Şveriner” (Almaniya) və “Uraloçka” (Rusiya) – “Volley-2004” (Rumıniya) cütlüklərinin mübarizəsində məlum olacaq.
