25 iyun 2014 17:51

Levkovskaya: Asiya Kuboku etapındakı qələbə hələ ki, ən yüksək göstəricimdi

Bu günlərdə Qazaxıstanın Burabay şəhərində keçirilmiş Asiya Kuboku etapı Azərbaycan triatlonu tarixində ən yaddaqalanlardan oldu. İlk dəfə idi ki, beynəlxalq yarışlarda komanda qızıl qazandı, bunu da Kseniya Levkovskaya etməyi bacardı. Bununla parallel olaraq yığmanın daha bir üzvü Aleksandr Yatsenko 8-ci yerə sahib oldu. Yarışların gedişi və qələbə sevincilə Kseniya Levkovskaya Triatlon Federasiyasının rəsmi saytına müsahibəsində bölüşüb (www.triathlon.az)

- Kseniya, sizi qələbə münasibətilə təbrik edirik. Bu, karyeranzda ilk uğurdumu?
- Bəli, bu, hələ ki, mənim qazandığım ən böyük uğurdur. Buna ikiqat sevinirəm. Sevindirici hal həm də odur ki, mən bu yarışlarda Azərbaycan bayrağı altında iştirak etmişəm. Çoxsaylı məşqlər hədər getmədi, ilk ciddi nəticə əldə olundu və bu danövbəti yarışlar ərəfəsində mənim əzmkarlığımı daha da artırır.

- Qazaxıstandakı qalibiyyət ən əsas sizə nə verir?
- Qalibiyyət çox vacibdir, çünki olimpiya kvalifikasiya mərhələsi başlayıb və hər böyük startda Olimpiada-2016da iştirak üçün reytinq balları toplamaq şansı yaranır. Yəni reytingli yarışlarda nə qədər çox iştirak edilsə, Riodakı Oyunara düşmək şansı bir o qədər çoxalır. Əlbəttə, Olimpiadada iştirak etmək hər bir idmançının arzusudur. Mən buna nail olmaq istəyirəm. Və sözsüz ki, bu istiqamətdə ən əsası Bakıda keçiriləcək Avropa Oyunlarına hazır olmaqdır. Bu da yaxın 1 ilin başlıca prioritetidir.

- Yarış necə keçirdi?
- Yarış gözlənilməzliklərlə yadda qalmadı. Mən əvvəlcədən əmin idim ki, su distansiyasını yaxşı qət edəcəm. Elə də oldu. Burada 3-cü nəticəni göstərdim. Veloyürüş trası bir qədər maneəli idi, yol eniş-yoxuçlarla bol idi, amma mən buna da hazır idim. Amma qaçış... Bax, qaçış mənim üçün əvvəlcə çətin başa gəlsə də, sonradan öyrəşdim və hər şey plana uyğun inkişaf etməyə başladı. Bir sözlə, taktika və strategiya baxımından mən Asiya Kuboku etapı üçün özümdən gözlədiklərimi əldə eləyə bildim.

- Yəqin qələbə həm də idmançının öz gücünü sınaması və özünütəsdiqi üçün önəmli rol oynayır, axı qarşıda hələ nə qədər turnir var...
- Hər bir yarış güclü və zəif yerləri müəyyənləşdirmək üçün idmançıya gözəl şərait yaradır. Qarşıda hələ çox startlar var, özü də düz payızın sonuna qədər, bu baxımdan da üzərimdə hələ çox işləməli olacam.

- Qarşıya qoyduğunuz digər planlar varmı?
- İstirahət etməyə vaxt yoxdur, turnirlər faktiki non-stop rejimində gedir. Qazaxıstanda Asiya Kuboku etapında çıxışı təzə bitirib yaxın günlərdə Kiyevdə Avropa Kubokuna hazırlaşmaq lazımdır. Burada da yaxşı nəticə əldə edəcəyimə emid bəsləyirəm.

Похожие новости

Triatlon 25 aprel

Rostislav Pevtsov 22-ci sırada

Beynəlxalq Triatlon İttifaqı idmançıların yeni Olimpiya reytinq cədvəlini açıqlayıb.
Triatlon 16 aprel

Rostislav Pevstov dünya kubokunun gümüş medalını qazandı

Azərbaycanın Triatlon üzrə yığmasının üzvü Rostislav Pevstov Çenqduda (Çin) keçirilən dünya kubokunun gümüşünü qazanıb.
Triatlon 04 aprel

Rostislav Pevstov dünya kubokunda bürünc medalı qazandı

Azərbaycanın triatlon üzrə yığmasının üzvü Rostislav Pevstov bu ilin beynəlxalq arenada qazanılan mükafatların "siftə"sini edib.
Triatlon 09 mart

Azərbaycan triatlonçusu 23-cü pillədə

Beynəlxalq Triatlon Federasiyası idmançıların yeni reytinq cədvəlini açıqlayıb
Triatlon 15 yanvar

Rostislav Pevtsov olimpiya reytinq cədvəlində 26-cıdır

Beynəlxalq Triatlon Federasiyası idmançıların yeni olimpiya reytinq cədvəlini açıqlanıb.
Triatlon 21 sentyabr

Pevçovun Çikaqo zəfəri

Triatlon üzrə Azərbaycan yığmasının lideri Rostislav Pevçov karyerasında yeni mərhələyə qədəm qoydu.
Triatlon 30 avqust

Darina Moskalenko Avropa Kubokunda fərqləndi

Azərbaycanın triatlon üzrə komandası Rumıniyada keçirilən gənclər arasında Avropa Kubokunda uğurla çıxış edib
Triatlon 19 iyul

Rostislav Pevstov Hamburqda 13-cü oldu

Azərbaycanın triatlon üzrə yığmasının üzvü Rostislav Pevstov Hamburqda keçirilən mötəbər Dünya Seriyasının etapında iştirak edib.
Triatlon 06 iyul

Rostlislav Pevtsov Hamburqda çıxış edəcək

Azərbaycan yığmasının triatleti Rostislav Pevtsov iyulun 18-də Hamburqda keçiriləcək Dünya seriyasının mərhələsində iştirak edəcək.