21 sentyabr 2015 11:45

Pevçovun Çikaqo zəfəri

Triatlon üzrə Azərbaycan yığmasının lideri Rostislav Pevçov karyerasında yeni mərhələyə qədəm qoydu. Azerisport.az xəbər verir ki, cari mövsümün yekunlarına əsasən idmançımız Çikaqoda Dünya Seriyasının finalında iştirak etmək hüququ qazandı.

Mötəbər yarışda yüksək nəticə əldə edən Pevçov 11-ci yeri tutdu. Ən yaxşıların mübarizə apardığı yarışda triatlonçu dünya elitasına daxil olduğunu sübut etdi. Eyni zamanda Pevçov Yay Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizədə vacib xallar qazandı.

Yarış zamanı Azərbaycan yığmasının idmançısı London-2012 olimpiadasının bürünc medalçısı Conatan Brounlini qabaqladı. Pevçov eyni zamanda Avropa Kubokunun qalibi rusiyalı Dmitri Polyanski və ilk Avropa Oyunlarının gümüş medalçısı portuqal Joao Pereyranı üstələdi.

Dünya Seriyasının finalı beynəlxalq təqvimdə ən gözlənilən mübarizədir. Olimpiadadan sonra triatlon üzrə ikinci ən böyük yarış olan Dünya Seriyasının finalını bəzən dünya çempionatı da adlandırırlar. Bu dəfə 75 idmançının iştirak etdiyi kişilərin yarışında ispan Mario Mola qalib oldu. Dünya Seriyasının bütün mərhələlərinin yekun nəticəsinə əsasən isə İspaniya yığmasının digər üzvü Xavyer Qomes karyerasında üçüncü dəfə birinci yerə layiq görüldü.

Göstərdiyi yüksək nəticələrə görə Azərbaycan idmançısı Rostislav Pevçov olimpiya lisenziyasına bir qədər də yaxınlaşdı. Təmsilçimiz artıq Rioya vəsiqəni təmin edən idmançıların siyahısında yerini möhkəmlədib.

Qeyd edək ki, 2016-cı il mayın sonlarında təsnifat mərhələsi başa çatacaq və lisenziyaların sahibləri rəsmən elan olunacaq.

Похожие новости

Triatlon 25 aprel

Rostislav Pevtsov 22-ci sırada

Beynəlxalq Triatlon İttifaqı idmançıların yeni Olimpiya reytinq cədvəlini açıqlayıb.
Triatlon 16 aprel

Rostislav Pevstov dünya kubokunun gümüş medalını qazandı

Azərbaycanın Triatlon üzrə yığmasının üzvü Rostislav Pevstov Çenqduda (Çin) keçirilən dünya kubokunun gümüşünü qazanıb.
Triatlon 04 aprel

Rostislav Pevstov dünya kubokunda bürünc medalı qazandı

Azərbaycanın triatlon üzrə yığmasının üzvü Rostislav Pevstov bu ilin beynəlxalq arenada qazanılan mükafatların "siftə"sini edib.
Triatlon 09 mart

Azərbaycan triatlonçusu 23-cü pillədə

Beynəlxalq Triatlon Federasiyası idmançıların yeni reytinq cədvəlini açıqlayıb
Triatlon 15 yanvar

Rostislav Pevtsov olimpiya reytinq cədvəlində 26-cıdır

Beynəlxalq Triatlon Federasiyası idmançıların yeni olimpiya reytinq cədvəlini açıqlanıb.
Triatlon 30 avqust

Darina Moskalenko Avropa Kubokunda fərqləndi

Azərbaycanın triatlon üzrə komandası Rumıniyada keçirilən gənclər arasında Avropa Kubokunda uğurla çıxış edib
Triatlon 19 iyul

Rostislav Pevstov Hamburqda 13-cü oldu

Azərbaycanın triatlon üzrə yığmasının üzvü Rostislav Pevstov Hamburqda keçirilən mötəbər Dünya Seriyasının etapında iştirak edib.
Triatlon 06 iyul

Rostlislav Pevtsov Hamburqda çıxış edəcək

Azərbaycan yığmasının triatleti Rostislav Pevtsov iyulun 18-də Hamburqda keçiriləcək Dünya seriyasının mərhələsində iştirak edəcək.
Triatlon 01 iyun

Rostislav Pevstov Londonda çıxış edib

Azərbaycanın triatlon üzrə yığmasının üzvü Rostislav Pevstov Londonda keçirilən mötəbər Dünya Seriyasının etapında 17-cü yerə layıq görülüb.