16 sentyabr 2016 00:30
Cəbrayılov finalda sonuncu oldu
Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, bu gün Azərbaycan yığmasının üzvü Elmir Cəbrayılov da növbəti sınağına çıxıb.
O, 100 metr məsafəyə qaçış yarışlarında final mücadiləsi aparıb. Həlledici mərhələdə Elmirin üç rəqibi vardı. O, yarışı sonuncu pillədə başa vurub.
