17 sentyabr 2016 19:30
Samir Nəbiyev 7-ci oldu
Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, bu gün Azərbaycan atleti Samir Nəbiyev də mübarizəyə qoşulub.
Amma o, nüvəitələmə yarışlarında uğur qazana bilməyib. Nəbiyev 13,67 metrlik nəticə ilə 9 idmançı arasında 7-ci olub.
