10 sentyabr 2016 19:00
Zinyət Vəliyeva 31-ci oldu
Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, yarışların üçüncü günündə kamandan oxatmada Zinyət Vəliyeva hədəfi dəqiq nişan almağa çalışıb.
Təsnifat mərhələsindən mübarizəyə qoşulan idmançımız 472 xal toplayıb ki, bu da ona 32 iştirakçı arasında yalnız sonuncudan əvvəlki pilləni tutmağa kömək edib.
