22 avqust 2016 11:00

Xetaq Qazyumov: Bürüncü qazanırsan, qızılı isə uduzursan

Dalbadal üç olimpiadada fərqlənən daha bir idmançımız sərbəst güləşçi Xetaq Qazyumov oldu. Azerisport.az xəbər verir ki, çoxları üçün bu, böyük nailiyyətdir. Lakin Xetaq buna bir az fərqli gözlə baxır. Onun müsahibəsini təqdim edirik:

- Təbrik edirik. Çıxışınızı necə qiymətləndirərdiniz?
- Məğlub oldum. Buna görə də tam razı qaldığımı söyləyə bilmərəm. Bir az əhvalım da korlanıb. Amma nə etmək olar?! Bu dəfə alınmadı. Rəqib güclü oldu, qalib gəldi.

- Olimpiadalarda iki bürüncdən sonra gümüş medal qazandın. Bunu idmançı bioqrafiyanda uğurların davamı kimi qyimətləndirmək olarmı?
- Xeyr. Bu əvvəlkilərdən zəif nəticədir. Gümüş pis nəticədir. Çünki bürüncü mübarizə aparıb qazanırsan, qızılı isə uduzursan, itirirsən, əldən verirsən və onu gümüşə dəyişirsən. Gümüş medal mənim üçün kədərli nəticədir.

- Sənə qədər Toğrul da uduzdu. Onun məğlubiyyəti sənə psixoloji təsir etmədi ki?
- Onun nəticəsi barədə düşünməməyə çalışırdım. Buna görə görüşümə də baxmadım. Əlbəttə, ona görə həyəcanlanırdım. Axı, əziyyət çəkib bu məqama gəlib çıxıb. Onun uğurunu istəyirdim. Çox təəssüf.

- Qələbə üçün sənə nə çatmadı?
- Yəqin ki, rəqibimin həvəsi, istəyi daha çox, daha iti oldu. Qalib gəlibsə, deməli, bunu məndən daha çox istəyib.

- Bundan sonra nə edəcəksiniz, planlarınızı bölüşə bilərsinizmi?
- Hələ baxarıq. İndi, sadəcə, soyunub-geyinmə otağına gedib özümə gəlmək istəyirəm.

Qabil Mehdiyev, Rio de Janeyro

Похожие новости

Rio-2016 25 sentyabr

Rəsul Çunayev: Rioda bəzi insanlar mənim psixoloji durumumu korladı

Olimpiadada bürünc medal qazanan yunan-Roma güləşi üzrə yığmamızın üzvü Rəsul Çunayevin azerisport.az saytına müsahibəsi:
Rio-2016 23 sentyabr

İlham Əliyev Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb.
Rio-2016 23 sentyabr

Paralimpiya yığmamız Bakıda təntənə ilə qarşılandı

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları sentyabrın 22-də Vətənə qayıdıblar
Rio-2016 21 sentyabr

İlham Əliyev Paralimpiya komandamızın üzvlərini mükafatlandırdı

Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Rio-2016 19 sentyabr

Azərbaycan Paralimpiadada 48-ci yeri tutdu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları başa çatıb.
Rio-2016 18 sentyabr

Dmitri Saleydən ikinci gümüş medal

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Samir Nəbiyev 7-ci oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Dmitri Saley finalda sonuncu oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Rəfiyev medalın bir addımlığında dayandı

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.