21 avqust 2016 22:30
Sotomayor finalda uduzdu
Rioda təşkil olunan Yay Olimpiya Oyunlarının son günündə boks yarışlarına yekun vurulub.
Azerisport.az xəbər verir ki, Azərbaycan boks yığmasının üzvü Lorenzo Sotomayor 64 kk çəkidə həlledici döyüşə çıxıb. Sotomayorun finaldakı rəqibi özbəkistanlı idmançı Fazliddin Qaibnəzərov olub. Dünya və Asiya çempionatının gümüş mükafatçısına məğlub olan təcrübəli boksçumuz Olimpiadanın gümüş medalını qazanıb.
