20 avqust 2016 09:30

Hacı Əliyev: Əsas odur ki, medalsız qayıtmıram

Ölkəmizə daha bir medal qazandıraraq ilk olimpiya medalı bürünc əyarlı olan Hacı Əliyev görüşdən dərhal sonra fikirlərini bölüşüb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir:

- Hacı, səndən yalnız qələbələr görməyə artıq adət etmişik. Döşək üzərində bu gün nə baş verirdi? Bu tilsimdir, bəxtsizlik, ya nə?
- Hamımız yaxşı bilirik ki, olimpiya oyunları heç vaxt adi, sürprizsiz keçməyib. Özünüz də neçənci dəfədir olimpiadalara gəlirsiniz və əyani görürsünüz. Bura gələnlər xüsusi ovqatla, xüsusi ruhla gəlirlər. Buna tilsim deməzdim. Burada elə güclü idmançılar uduzur ki, gözlərinlə gördüyünə də inanmırsan. Burada bir az ağıl, bir az hiylə-kələk və bir az, bəlkə də daha çox bəxt lazım olur. Şansın rolunu az qiymətlədirmək olmaz. Yaponiyalı idmançını kim finalda gözləyirdi ki?! Açığı, özümü nə zəif sayıram, nə də burada zəif olduğumu düşünürəm. Hazırlığım da kifayət qədərdir. Xalça üzərində hiss edirdim ki, onu udmaq imkanım çoxdur. Lakin haradasa bəxt faktoru rolunu oynadı.

- Lap əvvəldə çəki fərqi də var idi.
- Bəli, həm də 12 kq çəki azaltmışam. Normalda 61 kq-dək salaraq, yarışırdım. İndiki vəziyyət özü də böyük risk idi. Belə məcburiyyətlər yarananda, problemlər, qayğılar da az olmur. Diqqəti döşəkdən savayı, çəkiyə də yönətlməli olursan. Ona görə də deməzdim ki, yorulmuşdum, ya da çətinlik çəkirdim. Açığı, bürünc medal görüşüm də göstərdi ki, 1/4 finalda məğlub olduğum mübarizədə son anda son cəhd üçün vaxt çatmadı. Amma məncə, ən əsası, medalsız qayıtmıram. Olimpiya medalı elə olimpiya medalıdır.

- Hə, bu fikrinlə razılaşmaq olar. Sən bürünc medal uğrunda görüşə təsəlliverici seriyanın ağır rəqabətindən gəlmişdin, rəqibin isə yarıminalda uduzaraq, daha çox istirahət üçün fürsət əldə etmişdi. Amma qalib gəldin. Səncə bu qələbədə nə rol oynadı?
- Bəli, elədir. Açığı, elə buna görə də birinci hissənin axırında çox yorğun idim. Elə ikinci hissənin də axırına doğru da yorğunluq artmışdı. Amma bu rəqibimə dəfələrlə qalib gəlmişəm. Ona görə də bu dəfə, bu məkanda, olimpiya döşəyində ona uduzmamalı olduğumu düşünürdüm. Son anlarda onu da düşünürdüm, daha doğrusu, hiss edirdim ki, son anlarda fürsət düşən kimi bütün qüvvəmi toparlayıb, ona lazım olan fəndi tətbiq edəcəyəm.

- Bu nə idi - ustalıq, əzm, yoxsa başqa nəsə?
- Burada yəqin ustalıq da var, amma əzmkarlıq da rolunu oynadı. Bunu siz daha yaxşı görüb qiymətlindirə bilərsiniz.

- Güləşçilər bizi ancaq qələbələrə vərdişkar ediblər. Nəticələriniz azarkeşləri tələbkar edib. Bu da ənənələrdən gələn bira müsbət cəhətdir.
- Razıyam, hamı güləşçilərdən yalnız və yalnız qələbə gözləyir. Bununla belə düşünmürəm ki, güləşçilərimiz zəif çıxış edir. İnşallah, Toğrul Əsgərov, Şərif Şərifov və Xetaq Qazyumov hamımızı qızıl medalla sevindirərlər. ("İdman")

Похожие новости

Rio-2016 25 sentyabr

Rəsul Çunayev: Rioda bəzi insanlar mənim psixoloji durumumu korladı

Olimpiadada bürünc medal qazanan yunan-Roma güləşi üzrə yığmamızın üzvü Rəsul Çunayevin azerisport.az saytına müsahibəsi:
Rio-2016 23 sentyabr

İlham Əliyev Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb.
Rio-2016 23 sentyabr

Paralimpiya yığmamız Bakıda təntənə ilə qarşılandı

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları sentyabrın 22-də Vətənə qayıdıblar
Rio-2016 21 sentyabr

İlham Əliyev Paralimpiya komandamızın üzvlərini mükafatlandırdı

Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Rio-2016 19 sentyabr

Azərbaycan Paralimpiadada 48-ci yeri tutdu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları başa çatıb.
Rio-2016 18 sentyabr

Dmitri Saleydən ikinci gümüş medal

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Samir Nəbiyev 7-ci oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Dmitri Saley finalda sonuncu oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Rəfiyev medalın bir addımlığında dayandı

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.