20 avqust 2016 08:30

Harçeqanidən bürünc medal, Əzizova 5-ci oldu

Rio-de-Janeyrodakı Yay Olimpiya Oyunları davam edir.

Azerisport.az xəbər verir ki, yarışların 14-cü günündə - avqustun 19-da taekvondo yarışlarında mübarizəyə qoşulan son Avropa çempionu Milad Beigi Harçeqaninin çıxışı uğurlu olub.

Turnirdə 80 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində yarışan taekvondoçumuz 1/8 final mərhələsindəki ilk görüşündə Mali idmançısı İsmael Kulibali ilə qarşılaşıb. Son iki dünya çempionatının mükafatçısı olan afrikalı idmançı ilə döyüşdə rəqibini 13:6 hesabı ilə məğlub edən təmsilçimiz 1/4 final mərhələsinə yüksəlib.

İdmançımız 1/4 finalda iranlı Mehdi Xodabaxşiyə 17:5 hesabı ilə qalib gələrək yarımfinal mərhələsinə adlayıb. Amma təəssüf ki, yarımfinalda britaniyalı Lutalo Muhammada 7:12 hesabı ilə məğlub olan Azərbaycan təmsilçisi Rio-2016-nın bürünc medalı uğrunda mübarizə apamaq məcburiyyətində qalıb.

Harçeqani bürünc medal uğrunda döyüşdə polşalı Pyotr Pazinski üzərində inamlı (12:0) qələbə qazanaraq Rio-2016-nın bürünc medalına sahib olub.

Avqustun 19-da taekvondo yarışlarında digər təmsilçimiz Fəridə Əzizova da dayanq üzərinə çıxıb. Turnirdə 67 kiloqram çəki dərəcəsində qadınların mübarizəsində yarışan taekvondoçumuz Fəridə Əzizova 1/8 final mərhələsində ABŞ idmançısı Payqe Makferson ilə döyüşüb. London-2012-nin və dünya çempionatının gümüş medalçısı ilə görüşdə rəqibinə 6:5 hesabı ilə qalib gələn təmsilçimiz 1/4 final mərhələsinə adlayıb. O, 1/4 finalda Asiya çempionatının mükafatçısı özbəkistanlı Niqora Tursunqulova ilə döyüşdə 5:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb. Amma Əzizova yarımfinalda 2015-ci ilin dünya çempionu Koreya Respublikasının təmsilçisi Hyeri Oha 5:6 hesabı ilə uduzub. Taekvondoçumuz  bürünc medal uğrunda döyüşdə də rəqibi Afrika çempionatının qalibi kot-divuarlı Gbagbi Kristelle Rus Marieyə 1:7 hesabı ilə məğlub olub. İdmançımız Olimpiya Oyunlarını beşinci pillədə başa vurub.

Похожие новости

Rio-2016 25 sentyabr

Rəsul Çunayev: Rioda bəzi insanlar mənim psixoloji durumumu korladı

Olimpiadada bürünc medal qazanan yunan-Roma güləşi üzrə yığmamızın üzvü Rəsul Çunayevin azerisport.az saytına müsahibəsi:
Rio-2016 23 sentyabr

İlham Əliyev Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb.
Rio-2016 23 sentyabr

Paralimpiya yığmamız Bakıda təntənə ilə qarşılandı

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları sentyabrın 22-də Vətənə qayıdıblar
Rio-2016 21 sentyabr

İlham Əliyev Paralimpiya komandamızın üzvlərini mükafatlandırdı

Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Rio-2016 19 sentyabr

Azərbaycan Paralimpiadada 48-ci yeri tutdu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları başa çatıb.
Rio-2016 18 sentyabr

Dmitri Saleydən ikinci gümüş medal

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Samir Nəbiyev 7-ci oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Dmitri Saley finalda sonuncu oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Rəfiyev medalın bir addımlığında dayandı

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.