21 avqust 2016 00:15

Şərif Şərifov bürünc medal qazandı

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.

Azerisport.az xəbər verir ki, güləş yarışlarının yeddinci günündə 86 və 125 kq çəki dərəcələrində sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib.

86 kq çəki dərəcəsində yarışlara qatılan Olimpiya çempionu Şərif Şərifov ardıcıl olaraq Çin təmsilçisi Şengfeng Bi və Polşa təmsilçisi Zbignev Baranovski üzərində tam üstünlüklə qələbə qazanıb. Yarımfinalda son Rusiyadan dünya çempionu Abdulraşid Sadullayevlə qarşılaşan güləşçimiz məğlub olub və bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə Venesuela idmançısı Pedro Fuentesi də məğlub edən Şərif Şərifov Rio Olimpiadasının bürünc medalını qazanıb.

86  kq
1/8 final - Şərif Şərifov - Şengfeng Bi (CHN) - 10:0
1/4 final - Şərif Şərifov - Zbignev Mateusz Baranovski (POL) 7:0
1/2 final - Şərif Şərifov - Abdulraşid Sadullayev (RUS) - 1:8
Bürünc medal görüşü - Şərif Şərifov - Pedro Seballos (VEN) - 5:1

125 kq
1/8 final - Cəmaləddin Məhəmmədov - Tervel Dlaqnev (USA) 5:6 (güləşçimiz zədələnib)

Похожие новости

Rio-2016 25 sentyabr

Rəsul Çunayev: Rioda bəzi insanlar mənim psixoloji durumumu korladı

Olimpiadada bürünc medal qazanan yunan-Roma güləşi üzrə yığmamızın üzvü Rəsul Çunayevin azerisport.az saytına müsahibəsi:
Rio-2016 23 sentyabr

İlham Əliyev Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb.
Rio-2016 23 sentyabr

Paralimpiya yığmamız Bakıda təntənə ilə qarşılandı

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları sentyabrın 22-də Vətənə qayıdıblar
Rio-2016 21 sentyabr

İlham Əliyev Paralimpiya komandamızın üzvlərini mükafatlandırdı

Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Rio-2016 19 sentyabr

Azərbaycan Paralimpiadada 48-ci yeri tutdu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları başa çatıb.
Rio-2016 18 sentyabr

Dmitri Saleydən ikinci gümüş medal

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Samir Nəbiyev 7-ci oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Dmitri Saley finalda sonuncu oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Rəfiyev medalın bir addımlığında dayandı

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.