20 avqust 2016 01:10

Əliyevlə Həsənovdan bürünc medal!

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.

Azerisport.az xəbər verir ki, güləş yarışlarının altıncı günündə 57 və 74 kq çəki dərəcələrində sərbəst güləşçilər arasında qaliblər müəyyənləşib.

57 kq çəkidə mübarizə aparan güləşçimiz Hacı Əliyev ilk görüşündə Koreyadan Junsik Yun üzərində inamlı qələbə qazanıb. Ardınca gürcü Vladimer Xinçeqaşvili ilə gərgin keçən görüş rəqibin xeyrinə başa çatıb. Onun finala yüksəlməsi Hacı Əliyevə bürünc medal şansı verib. Təsəlliverici görüşdə Qazaxstan idmançısı Nurislam Sanayevlə gərgin keçən görüşü üstün tamamlayan Hacı Əliyev olub. Son görüşdə isə güləşçimiz Bolqarıstandan Vladimir Dubovu tam üstünlüklə məğlub edib. Bu qələbə ilə güləşçimiz Rio Olimpiadasının bürünc medalına da sahib olub.

74 kq çəki dərəcəsində mübarizə aparan Cəbrayıl Həsənov ilk görüşündə Kolumbiyadan Carlos Mendezi, ardınca Gürcüstan təmsilçisi Jakob Makaraşvilini tam üstünlüklə məğlub edib. Yarımfinalda Rusiya təmsilçisi Aniuar Geduevlə gərgin keçən görüşü uduzan Cəbrayıl bürünc medal görüşünə haqq qazanıb. Özbəkistan təmsilçisi Bekzod Abduraxmonovu da üstələyən güləşçimiz Rio Olimpiadasının bürünc medalını qazanıb.

57 kq
1/8 final - Hacı Əliyev - Junsik Yun (KOR) 12:2
1/4 final - Hacı Əliyev - Vladimer Xinçeqaşvili (GEO) - 3:4
Təsəlliverici görüş - Hacı Əliyev - Nurislam Sanayev (KAZ) - 10:8
Bürünc medal görüşü - Hacı Əliyev - Vladimir Dubov (BUL) 5:0

74 kq
1/8 final - Cəbrayıl Həsənov - Karlos Mendes (COL) - 10:0
1/4 final - Cəbrayıl Həsənov - Yakob Makaraşvili (GEO) - 11:0
1/2 final - Cəbrayıl Həsənov - Anvar Qeduyev (RUS) - 4:5
Bürünc medal görüşü - Cəbrayıl Həsənov - Bekzod Abduroxmonov (UZB) - 9:7

Похожие новости

Rio-2016 25 sentyabr

Rəsul Çunayev: Rioda bəzi insanlar mənim psixoloji durumumu korladı

Olimpiadada bürünc medal qazanan yunan-Roma güləşi üzrə yığmamızın üzvü Rəsul Çunayevin azerisport.az saytına müsahibəsi:
Rio-2016 23 sentyabr

İlham Əliyev Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb.
Rio-2016 23 sentyabr

Paralimpiya yığmamız Bakıda təntənə ilə qarşılandı

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları sentyabrın 22-də Vətənə qayıdıblar
Rio-2016 21 sentyabr

İlham Əliyev Paralimpiya komandamızın üzvlərini mükafatlandırdı

Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Rio-2016 19 sentyabr

Azərbaycan Paralimpiadada 48-ci yeri tutdu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları başa çatıb.
Rio-2016 18 sentyabr

Dmitri Saleydən ikinci gümüş medal

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Samir Nəbiyev 7-ci oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Dmitri Saley finalda sonuncu oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Rəfiyev medalın bir addımlığında dayandı

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.