18 avqust 2016 11:15

Patimat Abakarova: Medal qazanacağıma inanırdım

Azərbaycan taekvondoçusu Patimat Abakarova 49 kq çəki dərəcəsində Rio-2016 Yay Olimpiya Oyunlarında yarışlarının bürünc medalını qazanıb. Azerisport.az xəbər verir ki, ilk görüşdə Serbiya idmançısı Tiyana Boqdanoviçə məğlub olan Patimatın rəqibi finala yüksəldiyi üçün taekvondoçumuz təsəlliverici görüşlərə qatılmaq imkanı əldə edib.

Avropa çempionatının və Birinci Avropa Oyunlarının mükafatçısı P.Abakarova ilk döyüşdə çinli Jinqyu Vu ilə qarşılaşıb. Qarşılaşmada iki dəfə geri düşməsinə baxmayaraq sona yaxın rəqibin başına əla zərbə endirən idmançımız 4:3 hesablı qələbə qazanıb. İdmançımız bürünc medal uğrunda görüşdə fransalı Yasmin Azeizə 7:2 hesabı ilə qalib gələrək XXXI Yay Olimpiya Oyunlarını bürünc mükafatla başa vurub.

Medal döyüşündən dərhal sonra bəzi sualları cavablandıran Patimat aşağıdakıları deyib:

- İlk döyüşdə çox həyəcanlı idim. Demək olar ki, tam açılışanadək məğlub oldum. Təsəlli yarışında iştirak etmək şansı yarananda özümə söz verdim ki, bu imkandan istifadə etməliyəm. Bilirəm ki, çoxları mənim medal qazanacağıma inanmırdı. Lakin mənim inamım var idi. Özümə söz verdim ki, nə olursa olsun bu döyüşü udmalıyam. Rəqib çox güclü idi və hesab bərbər gedirdi. Hiss etdim ki, sonadək mübarizə aparsam uda bilərəm. Son saniyələrdə qələbəni əldə edə bildim. İlk qələbəm məndə arxayınlıq, özünəinam yaratdı. Medal uğrunda döyüşüm gözlədiyim kimi çətin olmadı və medalı əldən vermədim.

- Məğlub olduğun serb idmançısı finala çıxmasaydı sən təsəlli yarışına qoşula bilməyəcəkdin.
- Bəli. Ona görə də məğlub olduqdan sonra Tiyana Boqdanoviçin qələbəsi üçün dua edirdim. Sağ olsun, mənim gümanlarmı yanıltmadı (gülür).

- Taekvondo idman növündə ilk olimpiya medalını ölkəmizə sən qazandırdın. Nə hisslər keçirirsən?
- Bəli. İnanın o qədər sevinirəm və həyəcanlıyam ki, sözlə ifadə edə bilmirəm. Mən bura medal üçün gəlmişdim və qazandım. Taekvondo tariximizdə ilk medalımızı qazanmaq şərəfi mənə nəsib olduğu üçün də xoşbəxəm. (“İdman” qəzeti)

Похожие новости

Rio-2016 25 sentyabr

Rəsul Çunayev: Rioda bəzi insanlar mənim psixoloji durumumu korladı

Olimpiadada bürünc medal qazanan yunan-Roma güləşi üzrə yığmamızın üzvü Rəsul Çunayevin azerisport.az saytına müsahibəsi:
Rio-2016 23 sentyabr

İlham Əliyev Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb.
Rio-2016 23 sentyabr

Paralimpiya yığmamız Bakıda təntənə ilə qarşılandı

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları sentyabrın 22-də Vətənə qayıdıblar
Rio-2016 21 sentyabr

İlham Əliyev Paralimpiya komandamızın üzvlərini mükafatlandırdı

Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Rio-2016 19 sentyabr

Azərbaycan Paralimpiadada 48-ci yeri tutdu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları başa çatıb.
Rio-2016 18 sentyabr

Dmitri Saleydən ikinci gümüş medal

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Samir Nəbiyev 7-ci oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Dmitri Saley finalda sonuncu oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Rəfiyev medalın bir addımlığında dayandı

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.