18 avqust 2016 11:00

Yuliya Ratkeviç: Hesab 3:0 olanda, fənd tətbiq etməli idim

Rio de Janeyeroda keçirilən Yay olimpiya oyunlarında qadın güləşçilər mübarizəyə başlayıblar. Azerisport.az xəbər verir ki, tunisli Mərvə Əmri ilə bürünc medal uğrunda görüşdə hesabda öndə olan Yuliya Ratkeviç son saniyələrdə iki xallıq fəndə düşərək, qələbəni əldən verib.

Qadın pəhləvanımız mübarizə başa çatdıqdan dərhal sonra, təəssüf doğuran məğlubiyyətə rəğmən, özündə alqışa layiq cəsarət tapıb, bəzi sualları cavablandırmaqdan çəkinməyib.

- Hər şey yaxşı gedirdi. Son anlarda nə baş verdi?
- Bu görüşdə böyük üstünlüklə qalib gələ bilərdim. Bu anı özüm də anlaya bilmirəm.

- Mariya Stadnik də son saniyələrdə qızıl medalı əldən verdi...
- Bəli, elə oldu. Axı, necə ola bilər ki, qalib gələ-gələ, uduzasan... (Kövrək səslə) Medalı ona lap hədiyyə etdim.

- Gəl bir az soyuq başla təhlil edək. Yaponiyalı Kaori İçoya məğlub olmağını anlamaq olar: onun təkcə titullarının sayı hər şeyi deyir. Bu son görüşdə nə baş verdi? Yorulmuşdun, yoxsa birdən başqa nəsə baş verdi?
- Elə bil, nə etmək lazım olduğunu anlamadım. Belə baxsaq, hərəkət etmək lazım idi – onu da edirdim. Bəlkə də daha fəal olmalıydım və hücum etməli idim. Bəli, hesab 3:0 olanda, yəqin, hücum etməli, daha iki xallıq fəndlə hesabı 5:0-a çatdırmalı idim. ("İdman" qəzeti)

Похожие новости

Rio-2016 25 sentyabr

Rəsul Çunayev: Rioda bəzi insanlar mənim psixoloji durumumu korladı

Olimpiadada bürünc medal qazanan yunan-Roma güləşi üzrə yığmamızın üzvü Rəsul Çunayevin azerisport.az saytına müsahibəsi:
Rio-2016 23 sentyabr

İlham Əliyev Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb.
Rio-2016 23 sentyabr

Paralimpiya yığmamız Bakıda təntənə ilə qarşılandı

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları sentyabrın 22-də Vətənə qayıdıblar
Rio-2016 21 sentyabr

İlham Əliyev Paralimpiya komandamızın üzvlərini mükafatlandırdı

Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Rio-2016 19 sentyabr

Azərbaycan Paralimpiadada 48-ci yeri tutdu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları başa çatıb.
Rio-2016 18 sentyabr

Dmitri Saleydən ikinci gümüş medal

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Samir Nəbiyev 7-ci oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Dmitri Saley finalda sonuncu oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Rəfiyev medalın bir addımlığında dayandı

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.