17 avqust 2016 16:20

Yunan-Roma yığmamız komanda hesabında üçüncü oldu

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.

Azerisport.az xəbər verir ki, yarışların ilk üç günündə yunan-Romaçılar arasında qaliblər müəyyənləşib. 5 güləşçi ilə təmsil olunduğumuz yarışı komandamız 2 bürünc medalla başa vurub. Rəsul Çunayev (66 kq) və Sabah Şəriəti (130 kq) fərqlənib. Rövşən Bayramov isə Olimpiadanı beşinci sırada tamamlayıb.

Medal sıralamasına görə yığmamız İranla 9-10-cu yerləri bölüşüb. İlk sırada 2 qızıl və 1 gümüş medalla Kuba, ikinci sırada isə 2 qızıl və 1 bürünc medalla Rusiya yığması qərarlaşıb.

Dünya Güləş Birliyinin ənənəvi qaydada tərtib etdiyi komanda sıralamasında isə yunan-Roma yığmamız ilk üçlükdə yer alıb. Komanda hesabında 26 xal toplayan yığmamız üçüncü olub. Rusiya 33 xalla birinci, Kuba 29 xalla ikinci yeri tutub.

Bu nəticə ilə yunan-Roma güləşçilərimiz Olimpiadalarda qazandığı medalların sayını 7-yə çatdırıb. Bunlardan biri qızıl, 3-ü gümüş, 3-ü bürünc əyarlıdır.

Похожие новости

Rio-2016 25 sentyabr

Rəsul Çunayev: Rioda bəzi insanlar mənim psixoloji durumumu korladı

Olimpiadada bürünc medal qazanan yunan-Roma güləşi üzrə yığmamızın üzvü Rəsul Çunayevin azerisport.az saytına müsahibəsi:
Rio-2016 23 sentyabr

İlham Əliyev Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb.
Rio-2016 23 sentyabr

Paralimpiya yığmamız Bakıda təntənə ilə qarşılandı

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları sentyabrın 22-də Vətənə qayıdıblar
Rio-2016 21 sentyabr

İlham Əliyev Paralimpiya komandamızın üzvlərini mükafatlandırdı

Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Rio-2016 19 sentyabr

Azərbaycan Paralimpiadada 48-ci yeri tutdu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları başa çatıb.
Rio-2016 18 sentyabr

Dmitri Saleydən ikinci gümüş medal

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Samir Nəbiyev 7-ci oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Dmitri Saley finalda sonuncu oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Rəfiyev medalın bir addımlığında dayandı

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.