17 avqust 2016 01:00

Rəsul Çunayev: Hamıdan çox, mən özüm onu udmaq istəyirdim

«Mən bura qızıl medal üçün gəlmişdim. Lakin təəssüflər olsun ki, bunu bacarmadım». Yay Olimpiya Oyunlarında bürünc medal qazanan yunan-Roma güləşçisi Rəsul Çunayev azerisport.az saytına açıqlamasında belə deyib. 

O, yarımfinalda Ermənistan təmsilçisi Miqran Arutyunyana məğlubiyyətə təəssüfləndiyini bildirib: «Mənə dəstək verən və verməyənlərə, hamısına minnətdarlığımı bildirirəm. Dəstək verməyənləri başa düşürəm, çünki еrmənistanlı idmançıya uduzmuşam. Bir şeyi düşünmək lazımdır ki, hamıdan çox, mən özüm onu udmaq istəyirdim. Qismət olmadı. Buna baxmayaraq, Vətən üçün bürünc medalı əldən vermədim». 

Çunayev öz çəkisi 71 kq-da çıxış etməməsinin də qızıl medal qazana bilməməsində rol oynadığını vurğulayıb: «Mən çoxdandır 66 kq çəki dərəcəsində çıxış etmirdim. Olimpiadaya düşmək üçün 1 çəki aşağı dərəcədə mübarizə aparmalı oldum. Bunda, əlbəttə ki, çəki azaltmağım böyük rol oynadı. Rəqiblərim çətin idi, tanıdığım rəqiblər idi - olimpiya çempionu, dünya çempionu... Qalib gəlmək üçün gərək ki, güclünü udasan. Bir dənə yarımfinal görüşündə nəsə səhvə yol verdim».

Похожие новости

Rio-2016 25 sentyabr

Rəsul Çunayev: Rioda bəzi insanlar mənim psixoloji durumumu korladı

Olimpiadada bürünc medal qazanan yunan-Roma güləşi üzrə yığmamızın üzvü Rəsul Çunayevin azerisport.az saytına müsahibəsi:
Rio-2016 23 sentyabr

İlham Əliyev Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb.
Rio-2016 23 sentyabr

Paralimpiya yığmamız Bakıda təntənə ilə qarşılandı

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları sentyabrın 22-də Vətənə qayıdıblar
Rio-2016 21 sentyabr

İlham Əliyev Paralimpiya komandamızın üzvlərini mükafatlandırdı

Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Rio-2016 19 sentyabr

Azərbaycan Paralimpiadada 48-ci yeri tutdu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları başa çatıb.
Rio-2016 18 sentyabr

Dmitri Saleydən ikinci gümüş medal

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Samir Nəbiyev 7-ci oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Dmitri Saley finalda sonuncu oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Rəfiyev medalın bir addımlığında dayandı

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.