17 avqust 2016 00:11

Rəsul Çunayev medal əldə etdi

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.

Azerisport.az xəbər verir ki, güləş yarışlarının üçüncü günündə 66 və 98 kq çəki dərəcələrində yunan-Romaçılar arasında qaliblər müəyyənləşib.

66 kq-da mübarizə aparan Rəsul Çunayev ardıcıl olaraq Kubadan Miguel Martinezi, ardınca Rusiya idmançısı, Olimpiya çempionu İslam-Beka Albiyevi və Əlcəzairdən olan rəqibi Tarek Azizi mübarizədən kənarlaşdırıb yarımfinala yüksəlib. Gərgin keçən yarımfinal görüşünü uduzan güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. Həlledici görüşdə son Dünya çempionatının gümüş medalçısı Koreyadan Hansu Ryu üzərində vaxtından əvvəl qələbə qazanıb və Rio Olimpiadasının bürünc medalına sahib olub.

Bununla da Rio Olimpiadasında yunan-Roma güləşi yarışlarına yekun vurulub. 5 güləşçi ilə təmsil olunduğumuz yarışı komandamız 2 bürünc medalla başa vurub. Rəsul Çunayev (66 kq) və Sabah Şəriəti (130 kq) fərqlənib. Rövşən Bayramov isə Olimpiadanı beşinci sırada tamamlayıb.

66 kq
Bürünc medal görüşü - Hansu Ryu (KOR) - Rəsul Çunayev 0:8
1/2 final - Miqran Arutunyan (ARM) - Rəsul Çunayev 4:1
1/4 final - Tarek Aziz Benaissa (ALG) - Rəsul Çunayev 2:10
1/8 final - İslam-beka Albiyev (RUS) - Rəsul Çunayev 2:3
1/16 final - Miguel Martinez Palacio (CUB) - Rəsul Çunayev 2:4

Похожие новости

Rio-2016 25 sentyabr

Rəsul Çunayev: Rioda bəzi insanlar mənim psixoloji durumumu korladı

Olimpiadada bürünc medal qazanan yunan-Roma güləşi üzrə yığmamızın üzvü Rəsul Çunayevin azerisport.az saytına müsahibəsi:
Rio-2016 23 sentyabr

İlham Əliyev Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb.
Rio-2016 23 sentyabr

Paralimpiya yığmamız Bakıda təntənə ilə qarşılandı

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları sentyabrın 22-də Vətənə qayıdıblar
Rio-2016 21 sentyabr

İlham Əliyev Paralimpiya komandamızın üzvlərini mükafatlandırdı

Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Rio-2016 19 sentyabr

Azərbaycan Paralimpiadada 48-ci yeri tutdu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları başa çatıb.
Rio-2016 18 sentyabr

Dmitri Saleydən ikinci gümüş medal

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Samir Nəbiyev 7-ci oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Dmitri Saley finalda sonuncu oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Rəfiyev medalın bir addımlığında dayandı

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.