15 avqust 2016 21:40

Kamran Şahsuvarlı: Belə bir şansı əldən verə bilməzdim

Azərbaycanın Rio Yay Olimpiya Oyunlarında çıxış edən boksçusu (75 kq) Kamran Şahsuvarlı qazaxıstanlı Janıbek Alimxanuli üzərində qazandığı qələbədən sonra azerisport.az saytının suallarını cavablandırıb:

- Qələbə münasibətilə sizi təbrik edirik. Bu qələbə sayəsində boksçularımız arasında yarımfinala çıxan və ən azı bürünc medalı təmin edən ilk idmançı oldunuz...
- Çox həyəcanlı idim. Özümə inanmırdım. Bu, rəqibə görə deyildi. Sadəcə, bura qədər necə gəlib çıxdığımı düşünürdüm. Şadam ki, valideynlərimi, mənə görə narahat olan hər kəsi sevindirə bildim.

- Siz Olimpiadaya lisenziyanı da son anda və çətin mübarizədə qazanmışdınız. Bu üzdən də Rioda uğur qazanacağınıza inam yox idi...
- Mənə də məhz bu kömək etdi. Çünki heç kim məndən uğur, medal gözləmirdi. Bu üzdən də sərbəst çıxış edirəm, sakitcə döyüşürəm. Bu dəfə də rinqə çıxıb, bütün bacardığımı göstərməyə çalışdım.

- İlk raundda üstün olsanız da, sonradan təşəbbüsü rəqibə verdiniz...
- Birinci raunddan sonra anladım ki, bu görüşdə qələbə qazana bilərəm. Belə bir şansı əldən verə bilməzdim. Elə ilk raunddan ritmi tutdum və bu cür də davam etdim.

- Bürünc medalı təmin etmisiniz, amma hər kəs sizdən daha yaxşı nəticə gözləyəcək...
- Çalışacağam. Qarşıda məni çətin yarımfinal görüşü gözləyir.

- Azərbaycanda boks üzrə olimpiya çempionu yoxdu. Bu yolda sizə uğurlar arzulayırıq...
- Sağ olun. Əlimdən gələni edəcəyəm.

Qabil Mehdiyev, xüsusi olaraq azerisport.az üçün

Похожие новости

Rio-2016 25 sentyabr

Rəsul Çunayev: Rioda bəzi insanlar mənim psixoloji durumumu korladı

Olimpiadada bürünc medal qazanan yunan-Roma güləşi üzrə yığmamızın üzvü Rəsul Çunayevin azerisport.az saytına müsahibəsi:
Rio-2016 23 sentyabr

İlham Əliyev Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb.
Rio-2016 23 sentyabr

Paralimpiya yığmamız Bakıda təntənə ilə qarşılandı

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları sentyabrın 22-də Vətənə qayıdıblar
Rio-2016 21 sentyabr

İlham Əliyev Paralimpiya komandamızın üzvlərini mükafatlandırdı

Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Rio-2016 19 sentyabr

Azərbaycan Paralimpiadada 48-ci yeri tutdu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları başa çatıb.
Rio-2016 18 sentyabr

Dmitri Saleydən ikinci gümüş medal

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Samir Nəbiyev 7-ci oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Dmitri Saley finalda sonuncu oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Rəfiyev medalın bir addımlığında dayandı

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.