15 avqust 2016 18:30
Yana Alekseyevna medal şansını boşa verdi
Rioda təşkil olunan Yay Olimpiya Oyunları davam edir.
Azerisport.az xəbər verir ki, bu gün qadın boksçumuz Yana Alekseyevna da Olimpiadada mübarizəyə qoşulub.
60 kq çəki dərəcəsində yarışan boksçumuz 1/4 finalda Çin təmsilçisi Jinxua Yinlə qarşılaşıb. Təəssüf ki, məğlubiyyətlə üzləşən (0:3) Alekseyevna mübarizəni elə startadaca dayandırıb və yarımfinala çıxa bilməyib. Halbuki, o, qalib gəlsəydi, ən azı bürünc medalı təmin edə bilərdi.
