15 avqust 2016 00:25

Rövşən Bayramov bürünc medal şansını da boşa verdi

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında bu gün yunan-Roma güləşi üzrə yarışlara start verilib. Azerisport.az xəbər verir ki, güləş yarışlarının ilk günündə 59 və 75 kq çəki dərəcələrində yunan-Romaçılar arasında qaliblər müəyyənləşib.

Azərbaycan güləşçilərindən ilk gündə Rövşən Bayramovla Elvin Mürsəliyev yarışıb. Elvin 1/4 finala qədər irəliləsə də, misirli və qazax güləşçiləri üzərindəki qələbədən sonra macar rəqibinə uduzub. Amma o da yarımfinalda uduzduğundan, Mürsəliyev bürünc medal şansı da qazanmayıb.

Rövşən isə Venesuela və ABŞ güləşçiləri üzərindəki qələbə sayəsində yarımfinala çıxıb. Amma burada yaponiyalı rəqibinə uduzduğu üçün bürünc medal uğrunda mübarizə aparmaq məcburiyyətində qalıb. Təəssüf ki, Bayramov norveçli rəqibi ilə mübarizədə də uduzub və medal qazana bilməyib.

59 kq
1/8 final - Rövşən Bayramov - Rayber Orozko (Venesuela) - 8:0
1/4 final - Rövşən Bayramov - David Tilke (ABŞ) - 9:0
1/2 final - Rövşən Bayramov - Ota Şinobu (Yaponiya) - 2:4
Bürünc medal görüşü - Rövşən Bayramov - Stiq-Andre Berq (Norveç) - 1:1*

75 kq
1/16 final - Elvin Mürsəliyev - Mahmud Sebie (Misir) - 2:1
1/8 final - Elvin Mürsəliyev - Dosşan Kartikov (Qazaxıstan) - 5:1
1/4 final - Elvin Mürsəliyev - Peter Baçi (Macarıstan) - 0:5

Похожие новости

Rio-2016 25 sentyabr

Rəsul Çunayev: Rioda bəzi insanlar mənim psixoloji durumumu korladı

Olimpiadada bürünc medal qazanan yunan-Roma güləşi üzrə yığmamızın üzvü Rəsul Çunayevin azerisport.az saytına müsahibəsi:
Rio-2016 23 sentyabr

İlham Əliyev Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb.
Rio-2016 23 sentyabr

Paralimpiya yığmamız Bakıda təntənə ilə qarşılandı

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları sentyabrın 22-də Vətənə qayıdıblar
Rio-2016 21 sentyabr

İlham Əliyev Paralimpiya komandamızın üzvlərini mükafatlandırdı

Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Rio-2016 19 sentyabr

Azərbaycan Paralimpiadada 48-ci yeri tutdu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları başa çatıb.
Rio-2016 18 sentyabr

Dmitri Saleydən ikinci gümüş medal

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Samir Nəbiyev 7-ci oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Dmitri Saley finalda sonuncu oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Rəfiyev medalın bir addımlığında dayandı

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.