11 avqust 2016 12:00
Qazaxıstan prezidenti Nicat Rəhimovu təbrik etdi
Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu ölkənin ağırlıqqaldırma yığmasının azərbaycanlı üzvü Nicat Rəhimovun Rioda təşkil olunan Yay Olimpiya Oyunlarında qızıl medal qazanmasına biganə qalmayıb.
Azerisport.az xəbər verir ki, ölkə başçısı agır atletika üzrə olimpiya çempionunu təbrik edib. Nazarbayev Rəhimovun çıxışını yüksək qiymətləndirib, bütün ölkə idmansevərlərinin ümidlərini doğrultduğunu bildirib.
