11 avqust 2016 00:35

Ramil Quliyev: Türkiyə üçün qaçanda həm də sanki Azərbaycan üçün yarışıram

Olimpiadada 2 həmyerlimiz başqa ölkələrin bayrağı altında çıxış edir. Nicat Rəhimov ağır atletikada Qazaxıstanı, Ramil Quliyev isə yüngül atletikada Türkiyəni təmsil edir. Quliyev göstərdiyi nəticələrlə Türkiyədə çox sevilir. O, 200 və 100 metr məsafəyə qaçışda Türkiyə rekordunu yeniləyib.

Azerisport.az xəbər verir ki, Ramil Türkiyə mətbuatına maraqlı açıqlamalar verib. Həmyerlimiz əvvəlcə niyə yüngül atletikanı seçməsindən danışıb: “Qolumda “Burn to run” sözləri yazılmış döymə var. Bunu vücuduma qazıdım. Çünki qaçmaq mənim üçün həyatın özü deməkdi. Müxtəlif növlərlə məşğul olmuşam. 14-15 yaşdan etibarən isə qaçışa keçdim. Başa düşdüm ki, üzərimdə işləsəm, bu sahədə uğur qazana bilərəm. O zaman qərar verdim ki, həyatımı bu yolda davam etdirməliyəm. Mənim üçün asan, həzzverici görünürdü”.

Quliyev Azərbaycan Atletika Federasiyası ilə problemlər yaşayaraq 2010-cu ildə ölkəmizi tərk edib. 2011-ci ildən Türkiyə vətəndaşı olan Ramil burdan gedişi haqda bunları deyib: “Azərbaycanda idman son vaxtlar inkişaf edib. Ancaq atletika sarıdan hələ Türkiyədən çox geri qalır. Bu üzdən Türkiyəni seçdim. Çünki Türkiyədə şərait daha yaxşıdı. Buranı öz vətənim kimi sevirəm. Azərbaycanı və Türkiyəni ayrı 2 ölkə kimi görmürəm. Həm dilimiz, həm də dinimiz eynidi. Ay-ulduzlu formada qaçanda həm də sanki Azərbaycan üçün yarışıram”.

26 yaşlı atlet Olimpiya Oyunlarında daha yaxşı çıxış edəcəyinə ümid edir: “Hər idmançı üçün Olimpiadada çıxış etmək qürur mənbəyidi. Mən də Türkiyə adından Olimpiya Oyunlarında iştirak etməyin sevincini yaşayıram. Yaxşı nəticə qazanmaq istəyirəm. İlk hədəfim finala vəsiqə qazanmaqdı. Finalda isə hər şey ola bilər. 200 metr məsafəyə final qaçışında dünyanın ən yaxşı 7-8 atleti yarışacaq. Sürətlə yanaşı, taktiki mübarizə də gedəcək. Finalın motivasiyası çox fərqlidi. Ötən ay Avropa çempionatında 200 metr məsafəyə qaçışda gümüş medal qazanaraq karyeramın zirvəsinə çatdım. Həmin yarış Olimpiada öncəsi məşq rolunu oynadı. Olimpiadada şəxsi nəticəmi yaxşılaşdırmağa çalışacam”.

İyunun 15-də Türkiyədə silahlı üsyan baş verdi. Quliyev həmin günü belə xatırlayır: "Əsgərlərin üsyanı zamanı Antalyanın Bələk bölgəsində toplanış keçirdim. Bakıdan mənə ardıcıl zənglər gələndə hadisənin necə ciddi olduğunu anladım. “Əsgərlər hakimiyyəti devirib” yazılmış mesajlar aldım. Azərbaycanda bəzi telekanallar Türkiyədə baş verənləri canlı yayımlayırdı. Türkiyə və Azərbaycanın qəlbi bir vurur. Dostlarım zəng edib, vəziyyətimlə maraqlandılar. Bakı həmin gecə səhərə kimi yatmadı. Hər kəs bu üsyanın yatırılmasını dua edirdi. Türkiyə ordusu və millətiylə birgə güclü dövlətdi. Çox şükür ki, Türkiyə bu vəziyyətdən çıxdı. Bəzi əcnəbi idmançılar bu hadisədən sonra Türkiyəni tərk etməyə başladı. Ancaq bura mənim də ölkəmdi. Heç vaxt Türkiyəni tərk etməyi düşünməmişəm".

Похожие новости

Rio-2016 25 sentyabr

Rəsul Çunayev: Rioda bəzi insanlar mənim psixoloji durumumu korladı

Olimpiadada bürünc medal qazanan yunan-Roma güləşi üzrə yığmamızın üzvü Rəsul Çunayevin azerisport.az saytına müsahibəsi:
Rio-2016 23 sentyabr

İlham Əliyev Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb.
Rio-2016 23 sentyabr

Paralimpiya yığmamız Bakıda təntənə ilə qarşılandı

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları sentyabrın 22-də Vətənə qayıdıblar
Rio-2016 21 sentyabr

İlham Əliyev Paralimpiya komandamızın üzvlərini mükafatlandırdı

Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Rio-2016 19 sentyabr

Azərbaycan Paralimpiadada 48-ci yeri tutdu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları başa çatıb.
Rio-2016 18 sentyabr

Dmitri Saleydən ikinci gümüş medal

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Samir Nəbiyev 7-ci oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Dmitri Saley finalda sonuncu oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Rəfiyev medalın bir addımlığında dayandı

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.