10 avqust 2016 10:30

Məcidov: Boks üzrə komanda hesabında birinci yeri tutmağa gücümüz çatar

Rioda keçirilən Olimpiya Oyunlarında Azərbaycan boks yığmasının üzvü Məhəmmədrəsul Məcidov mərakeşli rəqibi Mohammed Arjauya 3:0 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib. İlk döyüşündən sonra boksçumuz bəzi sualları cavablandırıb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir.

- İlk döyüşün təəssüratları necədir?
- Bu olimpiadada ilk döyüşüm idi. İlk döyüş həmişə ağır keçir. Əzələlər tam açılmamışdı. Amma fikrimcə növbəti döyüşlərim bundan da yaxşı olacaq.

- Komanda yoldaşlarının çıxışları barədə nə deyə bilərsən?
- Komandamız çox gözəl start götürüb. Yalnız 49 kq çəkidə bəxtimiz gətirmədi. O yaxşı gəncdir. Rəqibi də güclü idi. Sadəcə bəxti gətirmədi. Həm də gəncdir və böyük idmanda elə də təcrübəsi yoxdur. Fikrimcə komanda hesabında birinci yeri tutmağa gücümüz var.

- Növbəti rəqibini tanıyırsan?
- Bəli. Növbəti rəqibim Qazaxıstan idmançısısı İvan Daçkodur. O mənim köhnə rəqibimdir. O çox güclü, çox hündür idmançıdır. Onunla döyüşmək mənim üçün çətin olacaq. Bilirəm ki, mənimlə döyüşə çox güclü hazırlaşıb. Amma hər şeyi rinq göstərəcək. Bu idmandır. Biz onunla həmişə dostluq edirik. Əlaqə saxlayırıq. Amma rinqdə dostluq olmur. Mən İvanla finalda döyüşmək istərdim. İkinci döyüşü onunla keçirəcəyimə təəssüf edirəm. Ona görə yox ki, mən ondan qorxuram, ya da o məndən. Sadəcə mən iki dəfə onunla döyüşmüşəm və yolunu kəsmişəm. Bu dəfə də çalışacağam onun yolunu kəsim. Təəssüf ki, püşkə əsasən başqa variantım yoxdur. Hər kəs özü üçün döyüşür.

- Bir də bayaq xarici jurnalistlərlə ingilis dilində yaxşı danışdığını gördüm. (Xarici jurnalistə müsahibə verərəkən tərcüməçi könüllünün düzgün başa salmadığını görüb özü müxbirlə ingilis dilində danışmağa başladı-red).
- Mən yaxşı deməzdim. Amma danışa bilirəm. Hərdən jestlərdən də istifadə edərək vəziyyətdən çıxa bilirəm. İngilis dilini bu yarışlarda iştirak edə-edə öyrənmişəm. İdmanın mənə gətirdiyi faydalardan biri də budur.

- İlk döyüşünü gənclər və idman naziri də izləyirdi.
- Bu mənim üçün çox xoş oldu. Gənclər və İdman naziri Azad Rəhimovu tribunada görəndə mənim əhval-ruhiyyəm yüksəldi. Daha da ruhlandım. Nazir müavini İsmayıl İsmayılov və federasiyamızın vitse-prezidenti Süleyman müəllim də burda idilər. Ona görə də, bu qədər insanların qarşısında mən uduza bilməzdim. Mən öz ölkəmlə fəxr edirəm və həmişə Azərbaycanın şərəfini layiqincə qorumağa çalışacağam. ("İdman" qəzeti)

Похожие новости

Rio-2016 25 sentyabr

Rəsul Çunayev: Rioda bəzi insanlar mənim psixoloji durumumu korladı

Olimpiadada bürünc medal qazanan yunan-Roma güləşi üzrə yığmamızın üzvü Rəsul Çunayevin azerisport.az saytına müsahibəsi:
Rio-2016 23 sentyabr

İlham Əliyev Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb.
Rio-2016 23 sentyabr

Paralimpiya yığmamız Bakıda təntənə ilə qarşılandı

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları sentyabrın 22-də Vətənə qayıdıblar
Rio-2016 21 sentyabr

İlham Əliyev Paralimpiya komandamızın üzvlərini mükafatlandırdı

Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Rio-2016 19 sentyabr

Azərbaycan Paralimpiadada 48-ci yeri tutdu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları başa çatıb.
Rio-2016 18 sentyabr

Dmitri Saleydən ikinci gümüş medal

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Samir Nəbiyev 7-ci oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Dmitri Saley finalda sonuncu oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Rəfiyev medalın bir addımlığında dayandı

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.