9 avqust 2016 18:20

Aleksandrov - Yotov dueti finala çıxa bilmədi

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən akademik avarçəkənlərdən ibarət Aleksandr Aleksandrov - Boris Yotov dueti yarımfinal yürüşünə çıxıb. Azerisport.az xəbər verir ki, 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) mübarizə aparan cütlük finişə 6 dəqiqə 37,490 saniyəyə çataraq, yürüşü 6-cı sırada tamamlayıb.

Onlar ilk "3-lüy"ə düşə bilmədiklərindən, mükafatlar uğrunda mübarizəyə imkan verən əsas finaldan kənarda qalıb. Aleksandrov - Yotov dueti B finalında (7-12-ci yerlər) mübarizə aparacaq.

Qeyd edək ki, yürüşün qalibi litvalı Mindauqas Qrişkonis - Saulius Ritter (06:14.610) olub. Sonrakı iki yeri italiyalı Françesko Fossi - Romano Battisti (06:15.240) ikinci, fransalı Uqo Buşeron - Matyö Androdias (06:16.150) dueti üçüncü yeri tutub. Hər 3 cütlük əsas finala yüksəlib.

Aleksandr Aleksandrov - Boris Yotov dueti B finalında almaniyalı Marsel Hakker - Ştefan Krüger (06:18.320), serbiyalı Marko Maryanoviç - Andriya Slyukiç (06.27.660), eləcə də digər yarımfinal yürüşündə ilk "3-lüy"ə düşə bilməyən yeni zelandiyalı Robert Menson - Kristofer Harris (06:17.010), avstraliyalı Devid Uotts - Kristofer Morqan (06:19.360) və bolqarıstanlı Georgi Bojilov - Kristian Vasilev (06:47.000) cütlüklərinə rəqib olub. Yürüş 11 avqust saat 15:50-də başlanacaq.

Похожие новости

Rio-2016 25 sentyabr

Rəsul Çunayev: Rioda bəzi insanlar mənim psixoloji durumumu korladı

Olimpiadada bürünc medal qazanan yunan-Roma güləşi üzrə yığmamızın üzvü Rəsul Çunayevin azerisport.az saytına müsahibəsi:
Rio-2016 23 sentyabr

İlham Əliyev Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb.
Rio-2016 23 sentyabr

Paralimpiya yığmamız Bakıda təntənə ilə qarşılandı

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları sentyabrın 22-də Vətənə qayıdıblar
Rio-2016 21 sentyabr

İlham Əliyev Paralimpiya komandamızın üzvlərini mükafatlandırdı

Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Rio-2016 19 sentyabr

Azərbaycan Paralimpiadada 48-ci yeri tutdu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları başa çatıb.
Rio-2016 18 sentyabr

Dmitri Saleydən ikinci gümüş medal

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Samir Nəbiyev 7-ci oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Dmitri Saley finalda sonuncu oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Rəfiyev medalın bir addımlığında dayandı

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.