9 avqust 2016 12:30

Qadın güləşçilərimiz də Rioya yollandı

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları 14-21 avqust tarixlərində baş tutacaq. Azerisport.az xəbər verir ki, sərbəst və yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri artıq Braziliyadadır. Güləşçilərimiz Rio-de-Janeyro şəhərində Kuba yığma komandaları ilə birgə təlim-məşq toplanışında iştirak edir.

Bu gün isə Olimpiadada iştirak edəcək qadın güləşçilərimiz Rio-de-Janeyroya yola düşüb. Baş məşqçi Semyon Çterevin rəhbərliyi altında Mariya Stadnik (48 kq), Nataliya Sinişin (53 kq) və Yuliya Ratkeviç (58 kq) Olimpiadada mübarizə aparacaq. Qadın güləşçilərin mübarizəsi avqustun 17-18-də baş tutacaq.

Xatırladaq ki, Mariya Stadnik Pekin Olimpiadasında bürünc, London Olimpiadasında gümüş medal qazanıb. Yuliya Ratkeviç isə London Olimpiya Oyunlarının bürünc mükafatçısıdır.

Похожие новости

Rio-2016 25 sentyabr

Rəsul Çunayev: Rioda bəzi insanlar mənim psixoloji durumumu korladı

Olimpiadada bürünc medal qazanan yunan-Roma güləşi üzrə yığmamızın üzvü Rəsul Çunayevin azerisport.az saytına müsahibəsi:
Rio-2016 23 sentyabr

İlham Əliyev Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb.
Rio-2016 23 sentyabr

Paralimpiya yığmamız Bakıda təntənə ilə qarşılandı

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları sentyabrın 22-də Vətənə qayıdıblar
Rio-2016 21 sentyabr

İlham Əliyev Paralimpiya komandamızın üzvlərini mükafatlandırdı

Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Rio-2016 19 sentyabr

Azərbaycan Paralimpiadada 48-ci yeri tutdu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları başa çatıb.
Rio-2016 18 sentyabr

Dmitri Saleydən ikinci gümüş medal

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Samir Nəbiyev 7-ci oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Dmitri Saley finalda sonuncu oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Rəfiyev medalın bir addımlığında dayandı

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.