9 avqust 2016 10:45

Rüstəm Orucov: Güclü rəqiblər arasında gümüş medal qazandığım üçün çox sevinirəm

Azərbaycan cüdoçusu Rio de Janeyroda XXXI Yay Olimpiya Oyunlarının cüdo yarışlarında Azərbaycan idmançısı Rüstəm Orucov 73 kq çəki dərəcəsində finala yüksələrək olimpiadanı gümüş medalla başa vurub. Azerisport.az xəbər verir ki, həlledici görüşdə yapon idmançısı Şohei Onoya məğlub olan idmançımız ölkmizə Rioda ilk medalı qazandırıb. Final görüşündən dərhal sonra Rüstəm açıqlama verib:

"Mənə dəstək olan, azarkeşlik edən hər kəsə minnətdaram. Valideynlərimə minnətdaram ki, məni cüdoya sövq ediblər.

Rəqiblərimin hamısı çətin idi. Olimpiadada asan rəqib olmur. Buna görə də bu cür güclü rəqiblər arasında gümüş medal qazandığım üçün çox sevinirəm. Yapon idmançının finala çıxacağını əvvəldən təxmin edirdim. Çünki çox güclü rəqibdir. İndiyədək bir dəfə qarşılaşmışdıq və o qalib gəlmişdi. Buna görə də onunla qarşılaşmaya xüsusi texnika ilə hazırlaşırdım. Amma o məni qabaqladı. Məşqçilərimlə birgə bu günkü fəndləri nəzərdən keçirəcəyik. Onu məğlub etmək üçün texnikaya daha çox diqqət etməliyəm. Düzü, İsrail idmançısının mənə rəqib olacağını hiss edirdim. Üçüncü görüşdə özbək idmançını gözləyirdim, əvəzində macar idmançısı rəqibim oldu. Qalan rəqiblərim mənim üçün sürpriz oldu. Rəqiblərimdən Qazaxıstan idmançısını bir dəfə məğlub etmişdim. Avstraliyalı ilə ilk dəfə idi güləşirdim. Nikolas Bulvariyə 3 dəfə uduzub, bir dəfə qalib gəlmişdim. İsrailli ilə hesabımız 1:1 idi.

Məndən sonra yarışacaq komanda yoldaşlarıma, ümumiyyətlə, bütün olimpiyaçılarımıza uğurlar arzulayıram". ("İdman qəzeti")

Похожие новости

Rio-2016 25 sentyabr

Rəsul Çunayev: Rioda bəzi insanlar mənim psixoloji durumumu korladı

Olimpiadada bürünc medal qazanan yunan-Roma güləşi üzrə yığmamızın üzvü Rəsul Çunayevin azerisport.az saytına müsahibəsi:
Rio-2016 23 sentyabr

İlham Əliyev Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb.
Rio-2016 23 sentyabr

Paralimpiya yığmamız Bakıda təntənə ilə qarşılandı

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları sentyabrın 22-də Vətənə qayıdıblar
Rio-2016 21 sentyabr

İlham Əliyev Paralimpiya komandamızın üzvlərini mükafatlandırdı

Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Rio-2016 19 sentyabr

Azərbaycan Paralimpiadada 48-ci yeri tutdu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları başa çatıb.
Rio-2016 18 sentyabr

Dmitri Saleydən ikinci gümüş medal

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Samir Nəbiyev 7-ci oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Dmitri Saley finalda sonuncu oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Rəfiyev medalın bir addımlığında dayandı

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.