8 avqust 2016 11:00

Teymur Məmmədov: Bayraq mənə güc verdi

Azərbaycan idmançısı Teymur Məmmədov Rioda Yay Olimpiya Oyunlarının boks yarışlarında 81 kq çəki dərəcəsində Ukraynalı Denis Solonenkoya qalib gələrək növbəti mərhələyə yüksəldi. Azerisport.az xəbər verir ki, döyüşdən sonra Teymur qısa müsahibə verib.

- İlk qələbə münasibətilə təbrik edirəm.
- Sağ olun. Şükür allaha döyüşü uddum və Olimpiadaya qələbə ilə başladım.

- İlk raundda sanki rəqibə daha çox həmlə etməyə imkan verirdin.
- İlk döyüş həmişə çətin olur. Həm də Ukrayna idmançısı zəif rəqib deyildi. Söz verirəm, döyüşdən-döyüşə daha yaxşı nəticə göstərəcəyəm.

- Bayraqdarın qələbəsi bütün olimpiya komandamıza rüh yüksəkliyi gətirəcək. Bayrağı aparmaq sənə etibar olundu. Bu barədə nə deyə bilərsən?
- Paradda doğma Azərbaycanımın bayrağını aparmaq mənim üçün çox böyük şərəf oldu. Mən o bayraqdan güc aldım. Bəzən deyirlər bayrağı daşımaq və ümumiyyətlə, açılış paradında stadionda saatlarla ayaq üstə qalmaq fiziki yorğunluq yaradır və yarış zamanı təsirini göstərir. Lakin mən tam səmimiyyətlə deyirəm ki, açılışda bayrağı aparmaq Olimpiadaya qələbə ilə başlamaq üçün mənə əlavə güc verdi. Bu günkü qələbəm isə qarşıdakı döyüşlərdə daha əzmkar mübarizə aparmağa stimul oldu.

- Qarşıda daha güclü rəqiblər gözləyir.
- İnşallah, növbəti döyüşlərdə daha böyük qüvvə ilə döyüşəcəyəm və finaladək yüksəlib çempion olacağam. Mən Londonda qazandığım bürüncü burada qızıla çevirmək istəyirəm. Vətənə olimpiya çempionu kimi qayıtmağa çalışacağam. ("İdman" qəzeti)

Похожие новости

Rio-2016 25 sentyabr

Rəsul Çunayev: Rioda bəzi insanlar mənim psixoloji durumumu korladı

Olimpiadada bürünc medal qazanan yunan-Roma güləşi üzrə yığmamızın üzvü Rəsul Çunayevin azerisport.az saytına müsahibəsi:
Rio-2016 23 sentyabr

İlham Əliyev Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb.
Rio-2016 23 sentyabr

Paralimpiya yığmamız Bakıda təntənə ilə qarşılandı

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları sentyabrın 22-də Vətənə qayıdıblar
Rio-2016 21 sentyabr

İlham Əliyev Paralimpiya komandamızın üzvlərini mükafatlandırdı

Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Rio-2016 19 sentyabr

Azərbaycan Paralimpiadada 48-ci yeri tutdu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları başa çatıb.
Rio-2016 18 sentyabr

Dmitri Saleydən ikinci gümüş medal

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Samir Nəbiyev 7-ci oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Dmitri Saley finalda sonuncu oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Rəfiyev medalın bir addımlığında dayandı

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.