7 avqust 2016 17:30

Yure Meqliç: Ağrılarım məni dayandırmayacaq

Bu gün Azərbaycan idmanı tarixində ilk dəfə kanoe-slalomçu Yure Meqliç olimpiadada çıxış edəcək. Azerisport.az xəbər verir ki, 32 yaşlı idmançı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 1 nəfərlik kayak qayığı (K-1) ilə müəyyən zaman kəsiyində qapı formalı maneələri axar suada daha tez və minimum cərimə xalları ilə keçməyə çalışacaq.

Debütü öncəsi Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi saytına açıqlama verən Meqliç məşq və səhhəti ilə bağlı problemlərinin ona maneçilik törətməyəcəyini bildirib:

"Bir neçə gün öncə Rio-de-Janeyroda məşqimiz baş tutmadı. Nasos və elektrik verilişi ilə bağlı problemlər var idi. Amma bu, mənim üçün yaxşı oldu. Çünki boynumdakı ağrılar üzündən onsuz da məşqi buraxmalı idim. Ağrılar artıq get-gedə aradan qalxır. Ötən gün səhər məşqinə çıxdım və suyun verilişi normal idi. Ağrılarım olsa da, yürüşün yaxşı keçəcəyinə ümidvaram. Ağrılarım məni dayandırmayacaq".

Qeyd edək ki, əvvəlcə 1 nəfərlik kayak qayığı (K-1) ilə seçmə mərhələdə 2 keçid edəcək. İlk keçid saat 20:42-də, ikincisi isə saat 22:42-də başlanacaq. Ümumilikdə 21 idmançıdan ən yüksək nəticələr göstərəcək 15-i avqustun 10-da saat 20:30-da başlanacaq yarımfinala, onlardan isə 10-u həmin gün saat 22:15-də başlanacaq finala yüksələcək.

Похожие новости

Rio-2016 25 sentyabr

Rəsul Çunayev: Rioda bəzi insanlar mənim psixoloji durumumu korladı

Olimpiadada bürünc medal qazanan yunan-Roma güləşi üzrə yığmamızın üzvü Rəsul Çunayevin azerisport.az saytına müsahibəsi:
Rio-2016 23 sentyabr

İlham Əliyev Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb.
Rio-2016 23 sentyabr

Paralimpiya yığmamız Bakıda təntənə ilə qarşılandı

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları sentyabrın 22-də Vətənə qayıdıblar
Rio-2016 21 sentyabr

İlham Əliyev Paralimpiya komandamızın üzvlərini mükafatlandırdı

Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Rio-2016 19 sentyabr

Azərbaycan Paralimpiadada 48-ci yeri tutdu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları başa çatıb.
Rio-2016 18 sentyabr

Dmitri Saleydən ikinci gümüş medal

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Samir Nəbiyev 7-ci oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Dmitri Saley finalda sonuncu oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Rəfiyev medalın bir addımlığında dayandı

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.