6 avqust 2016 19:50

Azərbaycan dueti olimpiadada birbaşa yarımfinala yüksəlib

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanın akademik avarçəkənlərdən ibarət Aleksandr Aleksandrov - Boris Yotov dueti start xəttinə çıxıb. Azerisport.az xəbər verir ki, cütlük 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə seçmə yürüşdə iştirak edib.

Məsafənin ilk 1/4 hissəlik bölümündə onlar 4-cü yerdə getsələr də, sonrakı 1000 metrlik məsafədə hamıdan öndə olublar. Lakin sona doğru yeni zelandiyalı Robert Menson - Kristofer Harris dueti liderliyi ələ alıb və finişə 6 dəqiqə 40,350 saniyəyə çataraq, yürüşün qalibi olub. Onlardan cəmi 0,170 saniyə geri qalan Aleksandrov - Yotov dueti 6 dəqiqə 40,520 saniyə nəticə ilə 2-ci olub. Üçüncü yeri 6 dəqiqə 42,330 saniyə nəticə ilə italiyalı Françesko Fossi - Romano Battisti cütlüyü tutub. Reqlamentə əsasən, hər 3 duet birbaşa yarımfinala yüksəlib.

Böyük britaniyalı Conatan Uolton - Con Kollinz (06:43.930) və kubalı Eduardo Rubio Rodriges - Adrian Oquendo (06:52.200) duetləri isə mübarizəni təsəlliverici yürüşdə davam etdirəcəklər.

Qeyd edək ki, yarımfinal yürüşü avqustun 9-da Bakı vaxtı ilə saat 17:30-da başlanacaq.

Похожие новости

Rio-2016 25 sentyabr

Rəsul Çunayev: Rioda bəzi insanlar mənim psixoloji durumumu korladı

Olimpiadada bürünc medal qazanan yunan-Roma güləşi üzrə yığmamızın üzvü Rəsul Çunayevin azerisport.az saytına müsahibəsi:
Rio-2016 23 sentyabr

İlham Əliyev Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb.
Rio-2016 23 sentyabr

Paralimpiya yığmamız Bakıda təntənə ilə qarşılandı

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları sentyabrın 22-də Vətənə qayıdıblar
Rio-2016 21 sentyabr

İlham Əliyev Paralimpiya komandamızın üzvlərini mükafatlandırdı

Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Rio-2016 19 sentyabr

Azərbaycan Paralimpiadada 48-ci yeri tutdu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları başa çatıb.
Rio-2016 18 sentyabr

Dmitri Saleydən ikinci gümüş medal

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Samir Nəbiyev 7-ci oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Dmitri Saley finalda sonuncu oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Rəfiyev medalın bir addımlığında dayandı

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.