7 avqust 2016 00:20

Orxan Səfərov medalın bir addımlığında uduzdu

Rioda Yay Olimpiya Oyunları davam edir.

Azerisport.az xəbər verir ki, Olimpiadada 60 kq çəkidə mübarizə aparan cüdoçumuz Orxan Səfərov 1/16 finalda yarışmaq üçün tatamiyə çıxıb. Onun ilk rəqibi perulu Xuan Postiqos olub. Səfərov inamlı qələbə ilə 1/8 finala vəsiqə qazanıb.

Orxanın növbəti rəqibi qırğızıstanlı Otar Bestayev olub və o, ipponla qalib gəlməklə bu cüdoçunu da mübarizədən kənarlaşdırmağı bacarıb.

1/4 finalda Səfərovun rəqibi yerli idmançı - braziliyalı Felipe Kitadai olub. Amma bu rəqibinə də ipponla qalib gələn Azərbaycan cüdoçusu yarımfinala yüksəlib.

Finala çıxmaq yolunda Oxanın rəqibi Yeldos Smetov olub. Təəssüf ki, idmançımız bu rəqibinə uduzub. Səfərov bürünc medal qazanmaq şansına malik olsa da, yaponiyalı Naohise Takatoya da məğlub olub. Nəticədə, idmançımız olimpiadanı 5-ci yerdə başa vurub.

Maraq üçün qeyd edək ki, ilk dəfə Olimpiya Oyunlarında çıxış edən Orxan bütün qələbələrini anasına həsr edir və onun üçün yarışır.

Похожие новости

Rio-2016 25 sentyabr

Rəsul Çunayev: Rioda bəzi insanlar mənim psixoloji durumumu korladı

Olimpiadada bürünc medal qazanan yunan-Roma güləşi üzrə yığmamızın üzvü Rəsul Çunayevin azerisport.az saytına müsahibəsi:
Rio-2016 23 sentyabr

İlham Əliyev Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb.
Rio-2016 23 sentyabr

Paralimpiya yığmamız Bakıda təntənə ilə qarşılandı

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları sentyabrın 22-də Vətənə qayıdıblar
Rio-2016 21 sentyabr

İlham Əliyev Paralimpiya komandamızın üzvlərini mükafatlandırdı

Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Rio-2016 19 sentyabr

Azərbaycan Paralimpiadada 48-ci yeri tutdu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları başa çatıb.
Rio-2016 18 sentyabr

Dmitri Saleydən ikinci gümüş medal

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Samir Nəbiyev 7-ci oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Dmitri Saley finalda sonuncu oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Rəfiyev medalın bir addımlığında dayandı

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.