5 avqust 2016 10:50
Azərbaycan olimpiyaçıları Rio-2016-nın açılışına hazırdır
Bu gün Braziliya vaxtı ilə saat 20:00-da Rio-2016 Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycan bayrağını boksçu Teymur Məmmədov daşıyacaq.
Amma paradda iştirak edəcək nümayəndə heyətimizin dəqiq iştirakçılarının siyahısı açıqlanmır.
Qeyd edək ki, açılış mərasimi Bakı vaxtı ilə saat 03:00-da start götürəcək.
