3 avqust 2016 23:45

Rioda Azərbaycan bayrağı qaldırıldı

Bu gün Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya oyunlarında mübarizə aparacaq Azərbaycan idmançılarının qaldıqları  atletlər kəndində bayrağımızın qaldırılma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, mərasimdə baş nazirin 1-ci müavini Yaqub Eyubov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Respublikasının Braziliyadakı səfiri Elnur Sultanov, "İtar Tass" İnformasiya agentliyinin baş direktorunun 1-ci müavini Mixail Qusman, digər rəsmilər, federasiya prezidentləri, vitse prezidentlər, baş katiblər, idmançılar iştirak ediblər.

İlk olaraq Braziliyaının adət ənənələrini, tarixini özündə əks etdirən rəqs nümayiş olunub. Daha sonra səhnəyə Olimpiya kəndinin meri, basketbol idmanı üzrə ikiqat olimpiya çempionu Janet Alkeyn çıxıb. Olimpiya himni səsləndirilib, daha sonra mer idmançıları salamlayıb və onlara bu mötəbər yarışda uğurlar arzulayıb. Daha sonra səhnəyə Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov dəvət olunub. İlham Mədətov Azərbaycan nümayəndə heyətinin adından Janet Alkeynə simvolik hədiyyə təqdim edib. Azərbaycan himni səsləndirilib, bayrağı qaldırılıb.

Qeyd edək ki, bu gün Azərbaycanla bərabər eyni zamanda Lixtenşteyn, Kolumbiya, Çin Taypey ölkələrinin də bayraqlarının qaldırılma mərasimi baş tutub.

Mərasimdən sonra nazir Azad Rəhimov və digər rəsmilər Azərbaycan idmançılarının qaldıqları otaqlarla daha yaxından tanış olmaq üçün binada olublar. Azərbaycan idmançıları ilə bir binada Türkiyə, Sloveniya və Portuqaliya idmançıları da qalır. Nazir Azad Rəhimov və digər rəsmilər idmançılarla görüşüb, onlara uğurlar arzu ediblər. (AGİN-in mətbuat xidməti)

Похожие новости

Rio-2016 25 sentyabr

Rəsul Çunayev: Rioda bəzi insanlar mənim psixoloji durumumu korladı

Olimpiadada bürünc medal qazanan yunan-Roma güləşi üzrə yığmamızın üzvü Rəsul Çunayevin azerisport.az saytına müsahibəsi:
Rio-2016 23 sentyabr

İlham Əliyev Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb.
Rio-2016 23 sentyabr

Paralimpiya yığmamız Bakıda təntənə ilə qarşılandı

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları sentyabrın 22-də Vətənə qayıdıblar
Rio-2016 21 sentyabr

İlham Əliyev Paralimpiya komandamızın üzvlərini mükafatlandırdı

Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Rio-2016 19 sentyabr

Azərbaycan Paralimpiadada 48-ci yeri tutdu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları başa çatıb.
Rio-2016 18 sentyabr

Dmitri Saleydən ikinci gümüş medal

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Samir Nəbiyev 7-ci oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Dmitri Saley finalda sonuncu oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Rəfiyev medalın bir addımlığında dayandı

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.