18 iyul 2016 20:30

Olimpiya çempionlarımız üçün 400 min manat mükafat

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya və XV Paralimpiya Oyunlarında Azərbaycan idmançıları, əlil idmançılar və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi ilə bağlı sərəncamlar imzalayıb. Azerisport.az xəbər verir ki, sərəncamlara əsasən, XXXI Yay Olimpiya Oyunlarında birinci yeri tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat məbləğində mükafat veriləcək. Olimpiadada ikinci yeri tutan hər bir idmançıya və məşqçiyə müvafiq olaraq, 200 min və 100 min manat məbləğində mükafat nəzərdə tutulub. Üçüncü yeri tutan idmançı 100 min, onun məşqçisi isə 50 min manat məbləğində mükafatlandırılacaq.

Bundan başqa, XV Yay Paralimpiya Oyunlarında birinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat mükafat veriləcək. İkinci yerə layiq görülən idmançı 100 min manat, onun məşqçisi 50 min manat məbləğində mükafatlandırılacaq. Üçüncü yeri tutan hər bir paralimpiyaçı idmançıya 50 min manat, onun məşqçisinə isə 25 min manat məbləğində mükafat nəzərdə tutulub. Azərtac

Похожие новости

Rio-2016 25 sentyabr

Rəsul Çunayev: Rioda bəzi insanlar mənim psixoloji durumumu korladı

Olimpiadada bürünc medal qazanan yunan-Roma güləşi üzrə yığmamızın üzvü Rəsul Çunayevin azerisport.az saytına müsahibəsi:
Rio-2016 23 sentyabr

İlham Əliyev Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb.
Rio-2016 23 sentyabr

Paralimpiya yığmamız Bakıda təntənə ilə qarşılandı

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları sentyabrın 22-də Vətənə qayıdıblar
Rio-2016 21 sentyabr

İlham Əliyev Paralimpiya komandamızın üzvlərini mükafatlandırdı

Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Rio-2016 19 sentyabr

Azərbaycan Paralimpiadada 48-ci yeri tutdu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları başa çatıb.
Rio-2016 18 sentyabr

Dmitri Saleydən ikinci gümüş medal

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Samir Nəbiyev 7-ci oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Dmitri Saley finalda sonuncu oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Rəfiyev medalın bir addımlığında dayandı

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.