14 iyul 2016 18:20

Kamran Şahsuvarlı: Аyrı-seçkilik etmirik ki, bu azərbaycanlıdı, ya yox

Boks yığmamızda sonuncu lisenziyanı Kamran Şahsuvarlı (75 kq) qazandı. İyunda Bakıda keçirilən Dünya Olimpiya Təsnifat Turnirində boksçumuz 5-ci yeri tutdu. 1/4 finalda irland Maykl O’reyliyə uduzsa da, rəqibinin turnirin qalibi olması Şahsuvarlıya vəsiqə verdi. Kamran azerisport.az saytının suallarını cavablandırdı:

- 1/4 finalda məğlub olduqdan sonra Olimpiadaya lisenziya qazanacağına ümid edirdin?
- Əlbəttə, ümid edirdim. Əslində finala yüksələrək bu hüquqa yiyələnməyi planlaşdırırdım. 1/4 finalda irland boksçuyla qarşılaşdım. Fikirləşirdim ki, bərabərsəviyyəli döyüş olsa belə hakimlər qələbəni mənə verəcək. Ancaq belə olmadı. Onun çempion olması ilə lisenziyaya sahib oldum.

- Rio de Janeyroya “Olimpiadada əsas iştirakdır” deviziylə yollanacaqsan, yoxsa debütdə medal qazanmağı hədəfləmisən?
- Hər idmançının arzusudur ki, ilk növbədə Olimpiya Oyunlarında iştirak etsin. Bütün gücümü orda qoyacağam ki, medal qazanım.

- Bu çəkidə əsas rəqiblər kimi hansı boksçuların adını çəkə bilərsən?
- Kimisə fərqləndirə bilmərəm. Olimpiadaya elə-belə boksçular vəsiqə qazanmır. Rioda ən güclü boksçularla mübarizə aparacağam. Olimpiya Oyunları bir nömrəli idman yarışıdı. Bütün olimpiyaçılar uğur qazanmaq üçün əlindən gələni edir. Bu səbəbdən sürpriz nəticələr tez-tez qeydə alınır. Bəzən favorit göstərilən idmançılar fəxri kürsüyə qalxa bilmir. Heç gözləmədiyin idmançı olimpiya çempionu ola bilər. Bu üzdən bütün rəqiblərini qiymətləndirməyə məcbursan. Yoxsa bu, sənə baha başa gələ bilər.

- Şəxsi məşqçin kimdir?
- Natiq Aslanlı.

- Artıq onunla birgə işləmirsən?
- Kubalı baş məşqçi təlim-məşq toplanışlarına şəxsi məşqçiləri buraxmır. Tapşırıqları yalnız özü və köməkçiləri verir. Yalnız klubda çalışarkən Natiq müəllimlə birgə məşq edirəm. Bildiyiniz kimi, mən “Qəbələ” boks klubunun üzvüyəm. Yığmanın baş məşqçisi Pedro Rokyenin köməkçisi həm də bu klubda çalışır. Yəni onunla həm klubda, həm də yığmada birgə çalışırıq.

- Kubalı çalışdırıcıdan əvvəl ukraynalı Vladimir Zlotaryov yığmada baş məşqçi işləyirdi. İki mütəxəssisi bir-birindən necə fərqləndirə bilərsən?
- Ukraynalı mütəxəssislə bir il işləsəm də, yarışlarda adım heyətə salınmayıb. Yalnız millinin toplanışlarında iştirak etmişəm. Mənim üçün hazırki baş məşqçi daha yaxşıdır. Zlotaryov fiziki cəhətdən bizi çox yükləyirdi. Lazımsız fiziki tapşırıqlar verirdi. Bunu etməkdə çətinlik çəkirdik. Onun sözünə qulaq asmırdıq. Zlotaryov da bizdən federasiya rəsmilərinə şikayət edirdi. Amma kubalı mütəxəssis hər şeyi yerində edir. Fiziki cəhətdən bizi çox yükləmir. Bu da bizə məşqlərdə həvəslə işləməyə imkan verir.

- Əvvəllər 75 kq-da Xaybulla Musalov çıxış edirdi. Gözündən zədələndiyi üçün bu çəkidə sən çıxış edirsən. Dağıstanlı boksçu tam sağalandan sonra da əsas heyətdəki mövqeyini qoruya biləcəksən?
- Mən özümü ondan güclü sayıram. Avropa Oyunları ərəfəsində zədələndiyim üçün Bakıda keçirilən yarışda Musalov çıxış etdi. Bakı-2015-ə qatılmamağım öz səhvim idi. Daha sonra ümidləri doğruldub, 75 kq-da bir nömrə oldum.

- Yığmada heyətin yarısı legionerlərdən qurulub. Bir yerli boksçu kimi bu durum səni narahat etmir?
- Millidə ailə münasibəti formalaşıb. Bir-birimizi çox yaxından tanıyırıq. Ona görə də ayrı-seçkilik etmirik ki, bu azərbaycanlıdı, ya yox. Hamısı bizim qardaşımızdır. Bir-birimizə çox alışmışıq. Rus dilində sərbəst danışdığım üçün onlarla ünsiyyət qurmaq mənim üçün problem deyil.

- Olimpiadada ən çox hansı boksçular medala daha yaxın görünür?
- Bunu dəqiq deyə bilmərəm. Bütün boksçular yüksək səviyyədə hazırlaşmalı, yaxşı formada olmalıdı. Belə olsa, bütün yığma üzvləri medal qazana bilər.

- Olimpiya boksuna dəbilqələrin qaytarılmasını istəyərdin?
- Dəbilqəsiz boksa keçdikdən sonra 3-4 dəfə zədələnmişəm. Bir neçə dəfə qaşım partlayıb. Çox vaxt zədələr baş-başa dəyəndə əmələ gəlir. Təhlükəsizlik baxımından dəbilqədə döyüşmək boksçular üçün yaxşı olar. Amma belə olanda da boksçular çox bağlı döyüşür. Ona görə də görüş maraqlı alınmır. İndi isə qarşılaşmalar baxımlı alınır.

- Olimpiadada peşəkar boksçuların döyüşəcəyi gözlənilir. Bu, səni narahat etmir?
- Məncə, bu problem yaratmayacaq. WSB-də döyüşən boksçular bizim sahəyə keçəndə olimpiya boksuna uyğunlaşa bilmir. Çünki onlar bir neçə il 5 raund ərzində döyüşdüklərindən indi 3 raund ərzində intensiv döyüş onlara çətin gəlir. Yəqin ki, peşəkar boksçular da buna görə əziyyət çəkəcək. Bu səbəbdən onlardan çəkinmirəm. Əslində güclü peşəkar boksçuların Olimpiya Oyunlarına qatılacağını düşünmürəm. Ən yaxşı halda, reytinqdə aşağı pillələrdə qərarlaşanlar Rio-2016-da iştirak edər.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Похожие новости

Rio-2016 25 sentyabr

Rəsul Çunayev: Rioda bəzi insanlar mənim psixoloji durumumu korladı

Olimpiadada bürünc medal qazanan yunan-Roma güləşi üzrə yığmamızın üzvü Rəsul Çunayevin azerisport.az saytına müsahibəsi:
Rio-2016 23 sentyabr

İlham Əliyev Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb.
Rio-2016 23 sentyabr

Paralimpiya yığmamız Bakıda təntənə ilə qarşılandı

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları sentyabrın 22-də Vətənə qayıdıblar
Rio-2016 21 sentyabr

İlham Əliyev Paralimpiya komandamızın üzvlərini mükafatlandırdı

Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Rio-2016 19 sentyabr

Azərbaycan Paralimpiadada 48-ci yeri tutdu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları başa çatıb.
Rio-2016 18 sentyabr

Dmitri Saleydən ikinci gümüş medal

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Samir Nəbiyev 7-ci oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Dmitri Saley finalda sonuncu oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Rəfiyev medalın bir addımlığında dayandı

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.