31 may 2016 17:00

Rio Olimpiadasına lisenziya sayı 53-ə çatdı

Olimpiada lisenziya xalları qazandıran cüdo yarışları başa çatıb. Azerisport.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası (İJF) Olimpiya Oyunlarına vəsiqə qazanan idmançıların adlarını açıqlayıb. Gözlənildiyi kimi, Rio-2016-da ölkəmizi 6 cüdoçu təmsil edəcək.

Bunlardan dördünün kimliyi məlumdur. Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Uşanqi Kokauri (+100 kq) Olimpiadada iştirak edəcək.

Ancaq hələ 60 və 100 kq-da seçim edilməyib. 60 kq-da Orxan Səfərov və ya İlqar Müşkiyev, 100 kq-da isə Elmar Qasımov, ya da Elxan Məmmədov Olimpiya Oyunlarında yarışacaq. Böyük ehtimalla, məşqçilər korpusu ən yüngül çəkidə Səfərova üstünlük verəcək. Ancaq 100 kq-da seçimin kimin lehinə olacağını söyləmək çətindir. Yeganə dünya çempionumuz Məmmədov mayın ortalarında Qazaxıstanda keçirilən "Qran-pri"nin, Qasımov isə Meksikada yenicə başa çatmış "World Masters" turnirinin qalibi olub. Düzdür, Bakı-2015-də bayraqdarımız olmuş Elmar reytinqdə öndədir. Amma məşqçilər Elxanın təcrübəsi və onun üçün sonuncu Olimpiada olacağını da nəzərə alıb, Məmmədovun xeyrinə seçim edə bilər.

Qeyd edək ki, lisenziyalarımızın sayı 53-ə çatıb. Bu, London Olimpiadasındakı rekordumuzun təkrarıdır.

Похожие новости

Rio-2016 25 sentyabr

Rəsul Çunayev: Rioda bəzi insanlar mənim psixoloji durumumu korladı

Olimpiadada bürünc medal qazanan yunan-Roma güləşi üzrə yığmamızın üzvü Rəsul Çunayevin azerisport.az saytına müsahibəsi:
Rio-2016 23 sentyabr

İlham Əliyev Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb.
Rio-2016 23 sentyabr

Paralimpiya yığmamız Bakıda təntənə ilə qarşılandı

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları sentyabrın 22-də Vətənə qayıdıblar
Rio-2016 21 sentyabr

İlham Əliyev Paralimpiya komandamızın üzvlərini mükafatlandırdı

Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Rio-2016 19 sentyabr

Azərbaycan Paralimpiadada 48-ci yeri tutdu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları başa çatıb.
Rio-2016 18 sentyabr

Dmitri Saleydən ikinci gümüş medal

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Samir Nəbiyev 7-ci oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Dmitri Saley finalda sonuncu oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Rəfiyev medalın bir addımlığında dayandı

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.