29 aprel 2016 16:00

Olimpiyadaya gedən idmançı 11 aydı maaş almır

Çexiyada keçirilən lisenziya turnirində qalib gələrək Olimpiadaya vəsiqə qazanan Səbinə Mikina məşqləri Bakıda davam etdirir. Azerisport.az xəbər verir ki, qılıncoynadanımız mayın ortalarında Çində keçiriləcək Dünya Kubokunun mərhələ yarışında qüvvəsini sınayacaq.

İyunun əvvəllərində isə Rusiyada analoji yarış keçiriləcək. Bu iki turnir reytinqdə yüksəlmək üçün çox önəmlidir. Hazırda dünyada sablyaçılar arasında 21-ci pillədə qərarlaşan Mikina reytinqdə yüksələ bilsə, Olimpiya Oyunlarında ilk mərhələdə daha asan rəqiblə qarşılaşacaq. 29 yaşlı idmançı Olimpiada ərəfəsində ya Almaniya, ya da ABŞ-da təlim-məşq toplanışı da keçəcək.

Ancaq Səbinə çox çətin şərtlər altında hazırlıq keçir. Qılıncoynatma Federasiyasının idman zalı tələblərə cavab vermir. Üstəlik, yığmamızın üzvləri ciddi maliyyə problemləri ilə üzləşib. Mikina və komanda yoldaşları 11 aydı ki, maaş almır.

Похожие новости

Rio-2016 25 sentyabr

Rəsul Çunayev: Rioda bəzi insanlar mənim psixoloji durumumu korladı

Olimpiadada bürünc medal qazanan yunan-Roma güləşi üzrə yığmamızın üzvü Rəsul Çunayevin azerisport.az saytına müsahibəsi:
Rio-2016 23 sentyabr

İlham Əliyev Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb.
Rio-2016 23 sentyabr

Paralimpiya yığmamız Bakıda təntənə ilə qarşılandı

Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları sentyabrın 22-də Vətənə qayıdıblar
Rio-2016 21 sentyabr

İlham Əliyev Paralimpiya komandamızın üzvlərini mükafatlandırdı

Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Rio-2016 19 sentyabr

Azərbaycan Paralimpiadada 48-ci yeri tutdu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları başa çatıb.
Rio-2016 18 sentyabr

Dmitri Saleydən ikinci gümüş medal

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Samir Nəbiyev 7-ci oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Dmitri Saley finalda sonuncu oldu

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.
Rio-2016 17 sentyabr

Rəfiyev medalın bir addımlığında dayandı

Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.