22 iyun 2016 18:00

Bakıda karate üzrə açıq çempionat keçiriləcək

24-25 iyun tarixlərində Bakı İdman Sarayında Azərbaycan Milli Karate Federasiyası (AMKF) və "Arpaçay" İdman Mərkəzinin uşaqlar, yeniyemələr və gənclər arasında l açıq çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, çempionatın ilk günü 6-7 yaşlı və 8-9, 10-11, 12-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında fərdi kumite yarışları, ertəsi gün isə eyni yaş dərəcələrində fərdi kata və komandalar arası kumite yarışları keçiriləcək.

Turnirin açılış mərasimi şənbə günü saat 17:00-də başlayacaq. Ardından isə komanda yarışlarının finalları keçiriləcək.

"Arpaçay" Karate klubunun prezidenti Yavər Hüseynovun bidirdiyinə görə, karatenin Azərbaycanda kütləviliyinin artması baxımından yarış əsasən uşaqlar arasında keçirilir. O, mərkəzin AMKF-lə birgə təşkil etdiyi İ açıq çempionatda ölkənin müxtəlif bölgələrindən 50-dək klub iştirak edəcəyini deyib. Naxçıvan Muxtar Respublikasını isə ilk dəfə olaraq iki klub təmsil edəcək. Y.Hüseynov həmçinin onu da qeyd edib ki, "Arpaçay" İdman Klubu komanda döyüşlərində yer tutan idmançılarına pul mükafatları da təsis edilib. Bundan başqa yarışın ümumi nəticəsinə əsasən 3 kluba kubok və ən yüksək nəticə göstərən komandaya pul mükafatı təqdim olunacaq.

Yarış federasiyanın rəsmi internet saytında və sosial şbəkələrdə canlı internet video yaymla təqdim ediləcək.

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.