12 dekabr 2016 14:40

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, qarşıdakı olimpiadanın karate yarışları Tokionun Nippon Budokan aresnasında keçiriləcək. Budokan Yaponiyada karatenin və digər döyüş idman növlərinin mərkəzi sayılır.

Bu arena təsadüfən Olimpiadanın karate yarışları üçün seçilməyib. Karateçilərin sevimli məkanı sayılan Budokanda 1970-ci ildə karate üzrə ilk dünya çempionatı keçirilib.

Xatırladaq ki, Tokio Olmpiadasında iştirak etmək üçün kişilərdə -60 kq, -67 kq çəki dərəcələri, eləcə də -84 və +84 kq çəki dərəcələri birləşdiriləcək. Qadınlarda eynilə aşağı və yuxarı çəkilər -50 kq və -55 kq ilə -68 və +68 kq çəki dərəcələri birləşdiriləcək. Beləliklə kişilər kumitedə -67 kq, -75 kq və +75 kq çəkilərdə, qadınlar isə -55 kq, -61 kq və +61 kq çəki dərəcələrində və fərdi kata yarışları üçün tatamiyə çıxacaqlar. Olimpiya medalları uğrunda hər çəki dərəcəsində və kata çıxışlarında 10 idmançı mübarizə aparacaq. Olimiadada komanda yarışları keçirilməyəcək.

Olimpiya təsnifatına gəlincə, WKF-in reytinq cədvəlinə əsasən dörd idmançı, xüsusi lisenziya yarışlarından üç idmançı, təşkilatçı ölkə kimi Yaponiyadan bir idmançı, qitələr arasında mümkün qədər bərabər iştirakçı sayı yaratmaq üçün reytinq əsasında WKF tərəfindən bir idmançı lisenziya qazanacaq. Həmçinin hər bir qitənin təmsil olunması üçün daha bir vəsiqə isə karatenin zəif inkişaf etdiyi ölkələrə “Wild kard” prinsipi ilə təqdim ediləcək. Avropa və Dünya çempionatlarının mükafatçıları olimpiadaya birbaşa vəsiqə qazana bilməsələr də, oların nəticələri reytinqlərinə müsbət təsir edəcək.

Karate həmçinin BOK İcraiyyə Komitəsinin qərarı ilə 2018-ci il Yeniyetmələrin Olimpiadasının proqramına daxil edilib. Bu yarışın detalları isə yaxın müddətdə bilinəcək.

Похожие новости

Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.
Karate 26 oktyabr

Karateçilərin Tokio-2020-də çəki dərəcələri məlum oldu

Karateçilərin Tokio 2020 Yay Olimpiya Oyunlarında çəki dərəcələri məlum olub.