20 may 2016 00:05

Azad Rəhimov AÇ-də qalib gələn karateçilərlə görüşdü

Gənclər və idman naziri Azad Rəhimov Fransanın Monpelye şəhərində 51-ci Avropa çempionatında 3-cü yerin sahibi olmuş karateçilərimizlə görüşüb. Azerisport.az xəbər verir ki, nazir ilk olaraq 21 ölkə arasında yerli fransızlar və ikinci yerin sahibi ispanlardan sonra Avropanın və dünyanın bir çox güclü karate dövlətlərini qabaqlayaraq 2 qızıl və 1 bürünc medal qazanan milli komandamızın üzvlərini təbrik edib.

O, deyib: “Karateçilərimiz daim ölkəmizi müxtəlif beynəlxalq yarışlarda layiqincə təmsil ediblər. Sizin, Bakıda keçirilən 1-ci Avropa oyunları zamanı qazandığınız qələbələr xalqımıza böyük sevinc yaşatdı. Mübarizliyiniz, öz üzərinizdə dayanmadan çalışmağınız bizi çox sevindirir".

Daha sonra Azad Rəhimov ölkəmizdə keçiriləcək Formula 1 qran prisi, Dünya Şahmat Olimpiyadası və bu yarışa 180 ölkənin gəlməsi, yarışlarla bağlı görülən hazırlıq işləri haqda məlumatlar verib.

Azad Rəhimov 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi oyunlarının proqramında karate idman növünün də olduğunu bildirərək, bu yarışda da karateçilərimizdən böyük qələbələr gözlədiyinə ümid bəslədiyini diqqətə çatdırıb. Sonda nazir komanda üzvləri ilə xatirə şəkli çəkdirib.

Məlumat üçün bildirək ki, Fransanın Monpelye şəhərində 51-ci Avropa çempionatında 4 qat dünya çempionu Rafael Ağayev (-75 kq) 13-cü dəfə Avropa çempionu olmaqla şəxsi rekordunu yeniləyib. Nuranə Əliyeva, İlahə Qasımova, Fəridə Abiyeva və İrina Zaretskadan ibarət qadın seçmə komandamız bir-birinin ardınca Portuqaliya, Rusiya, Finlandiya və Türkiyə idmançılarına, final görüşündə isə Xorvatiya kimi yüksək titullu komandalara qalib gələrək qitə birincisi olublar. Bu nəticə həm də karate tariximizdə bir neçə ilklərdən olub. Daha bir rekorda gənclərdən ibarət seçmə komandanın üzvü Roman Heydərov imza atıb. 17 yaşlı R.Heydərov kata yarışlarında bürünc medal qazanmaqla Dünya Karate Federasiyasının (WKF) statistik göstəricilərinə böyüklər arasında ilk azyaşlı mükafatçı kimi daxil olub. 

51-ci Avropa çempionatında 46 ölkədən 437 karateçi mübarizə aparıb. Milli komandamızı oktyabrın axırında Avstriyada dünya çempionatı gözləyir.

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.