6 may 2016 12:15

Karate Olimpiya yarışlarının proqramına daxil edilə bilər

"Azərbaycan Bakı 2015 1-ci Avropa Oyunlarını çox yüksək səviyyədə təşkil etdi. Bu uğurun ölkə rəhbərliyinin Avropa Oyunlarına xüsusi diqqət ayırması sayəsində əldə edildiyinin şahidi olduq. Avropa oyunlarında təmsil olunması, karatenin Olimpiya yarışlarının proqramına daxil edilməsi istiqamətində aparılan işlərə böyük təkan verdi. Bütün bunlar üçün Azərbaycan prezidenti cənab İlham Əliyevə bir daha dərin minnətdarlığımızı çatdırırq".

Azerisport.az xəbər verir ki, bu sözləri Fransanın Monpelye şəhərində böyüklərin 51-ci Avropa çempionatı ərəfəsində konqresin açılış nitqində Avropa Karate Federasiyasının (EKF) və Dünya Karate Federasiyasının (WKF) prezidenti Antonio Espinos söyləyib. Espinos çıxışında onu da qeyd edib ki, karatenin Yay Olimpiya Oyunlarının proqramına daxil edilməsində gücləndirilimiş işlər aparılır və böyük ümidlə demək olar ki, yaxın gələcəkdə bu baş tutacaq.

Konqresin gündəliyində olan məsələlərdən biri kimi 2015-ci ildə görülən işlərin hesabatı aparılarkən Bakı 2015 1-ci Avropa oyunlarına xüsusi yer ayrılıb. Bütün detalları ilə birlikdə oyunların yüksək səviyyədə təşkilindən danışan AKF-in rəsmiləri oyunların təşkilat komitəsinin rəhbəri Mehriban xanım Əliyeva başda olmaqla Gənclər və İdman naziri Azad Rəhimova və işçi qurupuna, eləcə də ölkədə karatenin inkişafında aparılan işlərə görə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirova minnətdarlıqlarını bildiriblər.

Konqresdə AKF-in ötən ilki fəaliyyət sahələri üzrə bir sıra hesabatlar dinlənlib. Eləcə də EKF-in statusunda müəyyən dəyişikliklərə baxılıb, 52 üzvü olan EKF ailəsinə daha bir ölkənin, Lixtenşteynin qatılması açıqlanıb. Rəsmi yığıncaqda həmçinin qarşıdakı yarışların video təqdimatları olub. 2020-ci ildə Bakıda böyüklərin Avropa çempionatının ardından, növbəti il Hollandiya bu mötəbər yarışı təşkil etmək üçün namizədliyini verib.

EKF-in 47 üzvünün iştirakı ilə konqresdə Azərbaycanın ünvanına ağızdolusu söylənən tərfilər arasında həmçinin dünyanın ən tanınmış karteçilərindən biri Raafel Ağayevin beynəlxalq seminarlarda iştirakının da bu idman növnün populyarlığında rol oynaması kimi qiymətləndirilib. (AKF-in mətbuat xidməti)

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.