29 aprel 2016 17:45

Milli komandamız Avropa çempionatına bu heyətlə yollanır

Milli komandamız Avropa çempionatı ərəfəsindədir. Azerisport.az xəbər verir ki, karateçilərimiz 5-8 may tarixlərində Fransanın Monpelye şəhərində 51-ci Avropa çempionatında iştirak edəcəklər.

Fərdi kumite yarışlarında Firdovsi Fərzəliyev (-60 kq), Niyazi Əliyev (-67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev (-84 kq), Şahin Atamaov (+84 kq), Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq) və İrina Zaretska (-68 kq) mübarizə aparacaq. İdmançılarımız həmçinin kişi və qadınların komanda kumite turnirində çıxış edəcəklər. Asiman Qurbanlı ilə Orxan Heydərli komanda yarışlarında heyətə qatılacaq. Kata çıxışlarında idmançılarımız fərdi yarışlarda iştirak edəcəklər. Roman Heydərovla Neda Rezai mükafatlar uğrunda mübarizə aparacaq.

Məşqçilərdən Vahid Ayvazov, Şahin Xudaverdiyev və Seymur Hüseynov, beynəlxalq hakimlərdən isə Yusif Məmmədov, Cahangir Babayev, Anar Allahverdiyev və Nərgiz Mehdiyeva qitə çempionatına yollanacaq.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə həmçinin 1-ci vitse-prezident Rəhman Hətəmov, baş katib Mir-Cabbar Seyidov, mətbuat katibi Sənan Məhərrəmov və federasiyanın həkimi Pərvin Əkbərov da yer alıb.

Federasiya rəhbərliyi qitə çempionatından bir gün əvvəl Avropa Karate Federasiyasının növbəti konfransında iştirak edəcək. 51-ci Avopa çempionatında 46 ölkədən 437 idmançı yarışacaq.

Fransaya mayın 3-də yola düşən 26 nəfərlik heyət bir həftə sonra vətənə dönəcək.

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.