19 aprel 2016 15:15

Baku Open-də 200-dən çox karateçi iştirak edəcək

22-23 aprel tarixlərində "Sərhədçi" İdman Olimpiya Mərkəzində 7-ci Beynəlxalq "Baku Open" Karate Turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, yarışda 10 ölkənin idmançıları iştirak edəcək. 7-ci beynəlxalq "Baku Open"ə Azərbaycandan başqa Türkiyə, Bolqarıstan, Rusiya, İran, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Gürcüstan və Ukraynadan 200-dən artıq idmançı qatılacaq. 

Turnirin təntənəli açılış mərasimi 22 aprel saat 17:00-da başlayacaq. Mərasimdə bir sıra ölkələrin karate federasiyasının rəhbərləri və digər fəxri qonaqlar iştirak edəcəklər.

Böyüklər arasında fərdi kata və kumite yarışları, həmçinin veteran karateçilərin çxışları yarışın ilk günü olacaq. Ertəsi gün isə yeniyetmə və gənclərin kata və kumite yarışları keçiriləcək.

Turnirin təntənəli açılış mərasimi və final görüşləri CBC Sport televiziyası ilə canlı yayımlanacaq. Hər iki yarış günü Azərbaycan Milli Karate Federasiyasının rəsmi internet səhifəsində, eləcə də rəsmi "YouTube" videokanalı və "Facebook" soisal şəbəkəsində rəsmi səhifəsi vasitəsilə canlı yayımla təqdim ediləcək. Turnirin daha da kütləvi işıqlandırılması üçün rusiyanın "Боец" televiziyasından xüsusi çəkiliş qurupu dəvət olunub.

Похожие новости

Karate 12 dekabr

Tokio-2020-də karate yarışları bu məkanda keçiriləcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio-2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib.
Karate 07 dekabr

Karate yeniyetmələrin Olimpiya Oyunlarının proqramında

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək Olimpiya Oyunlarının proqramına daxil etməyi qərara alıb.
Karate 28 noyabr

Respublika çempionatının qalib və mükafatçıları bəlli oldu

Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub
Karate 31 oktyabr

Karate yığmamız Avropada 2-ci, dünyada 5-ci oldu

Azərbaycan karateçiləri daha bir tarix yazdılar.
Karate 31 oktyabr

Avstriyada Bakı İslam Həmrəyliyi Oyunları müzakirə olundu

Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatı zamanı yeni Olimpiya idman növü olan karatenin də daxil olduğu Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları ilə bağlı görüş keçirilib.
Karate 30 oktyabr

Ağayev dünya çempionu oldu, Mamayev gümüş, Fərzəliyev bürünc medal qazandı

Azərbaycan karateçiləri Avstriyanın Linz şəhərində 24-cü Dünya çempionatının fərdi yarışlarını böyük nəticə ilə başa vurublar.
Karate 29 oktyabr

Rafael Ağayev 5 qat dünya çempionudur

Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib.
Karate 29 oktyabr

Azərbaycan karateçiləri üçün bürünc medal qazanmaq şansı

Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər.
Karate 27 oktyabr

Rafael Ağayev və Ayxan Mamayev DÇ-nin finalında!

Ayxan Mamayevlə (-84 kq), Rafael Ağayev (-75 kq) Avstriyanın Linz şəhərində təşkil olunmuş karateçilərin dünya çempionatının finalına yüksəliblər.